İstənilən Problemi Tez Həll etmək üçün 3 MƏSLƏHƏT
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Bəzən elə olur ki, biz bəzi müəyyən problemləri illərlə həll edə bilmirik və onların altında əzilirik.Onu da unutmayın hər həll olunmamış problem üst – üstə yığılır və sonda aşıb – daşır.
Əgər siz də bu yuxarıda yazılan vəziyyətdən artıq bezmisinizsə, indi bölüşəcəyimiz məlumat elə məhz sizin üçündür.Bu məlumatımızda həyat sferanızı dəyişdirə biləcək məsləhətlərlə tanış ola bilərsiniz.
HƏR ŞEYİ EYNİ ANDA ETMƏYƏ ÇALIŞMAYIN
Sirr deyil ki, əgər ortada bir problem varsa, onu pillə - pillə həll etmək lazımdır.Həyatınızda dəyişiklik yaxud da canlanma istəyirsinizsə, sizi narahat edən bütün problemləri bir – bir xatırlayın, analiz edin, həlli yollarını düşünün və hərəkətə keçin.
BEYİN FIRTINASI
Beyninizdə bütün problemlərinizi ayırd etdikdən sonra, hansı problemi necə həll edim məsələsi qalır.Ən ilkproblemlərinizdən başlayın , vərəqə yazın və üzərində düşünün.Artıq yarım saat işldikdən sonra beyninizə bir problem ətrafında çoxlu həlli yollarını da görə biləcəksiniz.
ZAMAN DAXİLİNDƏ ÖZÜNÜZÜ SƏRHƏDƏ ALIN
Əslində zaman bizi azadlıqdan məhrum etmir, əksinə bizim daha dissiplinli və qayda qanunlu edir.Hər problemin ayrı – ayrılıqda effektiv həlli üçün problemlərinizi səhədlərə bölün.Hər problemin həlli üçün ayrı – ayrılıqda lazım olduğu qədər zaman ayırın və onu həll etmək yolunda bütün səylərinizi sərf edin.