Münasibətlərinizi Pozan Stereotiplər Hansılardır
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Münasibətlərdə problemlərin yaşanması çox normaldır.Lakin bir sıra stereotiplər var ki, onlar münasibətləri dağıtmaq üçün çox önəmlidir.İndi bölüşəcəyimiz məlumatda bu stereotiplərdən sizə də söhbət açmağa çalışacağıq, bunlar yalan stereotiplərdir və onları sizinlə tanış edəcəyik.
İdeal cütlüklər mübahisə etməzlər
Kompromis – psixoloqların fikirlərinə görə, bu söz hər cütlüyün münasibətlərinin lüğət bazasında olmalıdır.Çünki, mübahisə hər bir ailədə baş verə biləcək ən təbii bir haldır və bu o demək deyil ki, hər kiçik yaşandığı zaman münasibətləri bitirmək və ayrılmaq lazımdır.Yox əgər qarşı tərəf sizə qarşı hörmətsizlik, biganəlik və diqqətsizlik etməyə başlayıbsa, bu o deməkdir ki,artıq həyəcan təbili çalmaq lazımdır.Unutmayın, problemsiz münasibət – heç bir zaman mübahisə yaşamayan cütlük deyil, problem olduğu zaman onu həll etməyə çalışıb, orta nöqtə tapmağa çalışanlardır.
Səninlə evlənmirsə, deməli heç sevmir
Qeyd edək ki, artıq 21 – ci əsrdir və cütlüklərin birlikdə yaşaması üçün mütləq vəsiqədə möhürün olması vacib deyil.Sevən insanın tez bir zamanda evlənməsi fikri artıq şox köhnəlib.Ona görə də əgər görüşdüyünüz insan 1 ay sonra sizinlə nigaha daxil olmursa, bu o demək deyil ki, o sizi sevmir və ciddi fikirdə deyil.Sadəcə qarşınızdakı insan münasibətlərinizin daha yaxşı yerinə oturmasını və onu analiz etmək istəməsi ola bilər.
Başqalarına baxmamalıdır
Bu vəziyyətdə söhbət əlbəttə ki, xəyanətdən gedə bilməz.Sadəcə hər ortastatistik bir kişi yanından ötən xanıma diqqət edib baxa bilər.Bu çox təbii haldır.Bəzən xanımlar, qəbul edin ki, yaraşıqlı bir bəy gördüyünüz zaman diqqətiniz ona tərəf yanına bilər.Burada önəmli olan faktor hər iki tərəfdə bu halın nə qədər tez ya gec olmasıdır
Məni yarı sözümdən anlamalıdır
Əbəs yerə psixoloqlar öz işlərində "Kişilər Marslı”, "Qadınlar Veneralıdır demirlər.Kişilər və qadınlar həqiqətən də fərqlidirlər.Ona görə də əziz cütlüklər gözləməyin ki, bir baxışınızdan qarşı tərəf sizin nə istədiyinizi anlasın.