Yanlış İnsanı Sevdiyinizin 6 İşarəti
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
İndi paylaşacağımız məlumat hər kəs üçün çox maraqlı gələcək.Hər kəsin bu həyatda ikinci yarısını tapmağa çalışması normaldır.
Bəs görəsən birlikdə olduğumuz şəxs həqiqətən də bizim üçün və münasibətimiz üçün doğru insandırmı ? Bu sualı aşağıdakı maddələrin köməyi ilə cavablandırmağa çalışacağıq.
Yanlış insanı sevdiyimizi ilk işarətlərindən biri münasibətinizdə hər zaman ağırlığın və yükün sizin üzərinizə düşməsidir.
Çünki iki sevən insanın həm xoş günü, həm problemi bərabər onlar arasında bölüşməlidir.Yox əgər, münasibətdə hər şeyi siz düşünürsünüz, hər addımı siz atırsınız və bütün məsuliyyət sizin üzərinizdədirsə yanlış insanı sevdiyiniz haqqında həyəcan təbili çalmaq lazımdır.
İkinci işarət isə birlikdə olduğunuz şəxslə gələcək haqqında planlar qura bilməmənizdir.
Çünki, sevən insan həqiqi sevgisi ilə hər gələcək anını, planlarını onunla qurar.
Üçüncü önəmli işarət isə sevdiyiniz şəxsin neqativ enerjili biri olmasıdır.
Bu cür insanlar ümumi olaraq həyata çox bədbin yanaşırlar.Siz həvəslə nə isə bir şeylər etmək istədiyiniz zaman o buna həvəssiz yanaşır, heç bir şeyin alınmayacağını düşünür və öz neqativ düşüncələri ilə sizi də yorur.
Dördüncü işarət isə münasibətdə olduğunuz zaman əks tərəf tərəfindən alçalmanız, kiçilmənizlə bağlı olan nüanslardır.
Bu cür vərdişləri olan insanlar əks tərəfi hər zaman pərt etmək, lağ etmək, söz atmaq və s bu kimi mənfi hallarla əzdirməyə çalışacaqdır.
Beşinci işarət isə sizin özünüzlə bağlıdır.
Əgər münasibətdə olduğunuz şəxsin yanında olarkən özünüz kimi ola bilmirsiniz, elə olmaqdan çəkinirsinizsə, bu münasibətdə böyük problemlərin olmasından xəbər verir.Münasibət zamanı qarşı tərəflər bir – birini həm mənfi, həm müsbət xüsusiyyətləri ilə qəbul etməlidir.
Altıncı işarət budur ki, tərəflər bir – birini anlaya bilmirlər.
Münasibətdə olan şəxslər anlamalıdır ki, ideal münasibət yoxdur.Hər münasibətdə söz – söhbət, inciklik ola bilər.Hətta deyə bilərik ki, məhz bu mübahisə və problemlər nəticəsində münasibətlər inkişaf edir və yerinə oturur.Lakin, problem bundadır ki, tərəflərdən biri mübahisəni ən adi bir şeydən tutur, onu böyüdür, uzadır və həll etmək üçün heç bir cəhd göstərmir.