SEVGİ haqqında
Aile.fenomen.az saytı maraqlı xəbər paylaşır.
Bu fikri yəqin ki, çoxlarınız eşitmsiniz, sevgi – Tanrının bizə bəxş etdiyi ən gözəl hissdir.Bu hissi anlayıb yaşayan, onun dərinliklərini hiss etməyi bacaran insan üçün həqiqətən də bu fikri anlayıb dərk etmək o qədər də çətin olmayacaq.
Sevgi – qarşındakı şəxsdən heç bir mənada heç bir qarşılıq olmadan göstərdiyi hissdir.Əgər münasibət zamanı bir tərəf bütün qəlbi ilə sevir, qarşı tərəf isə hər hansı bir gözlənti içərisindədirsə, o zaman bu sevgi deyil.Bu sevilən tərəfin sevən tərəfə etdiyi haqsızlıqdır və ondan istifadə etdiyinin göstəricisidir.
Sevgi – sevən şəxsin sevdiyi şəxs üçün hər şeyi etməyi gözə alması, onun həyatı ilə yaşaması, onun bir dəqiqəsinin belə üzərində titrəməsi, bir sözlə heç bir qarşılıq gözləmədən həyatını tamamilə ona həsr etməsidir.
Sevgi – hər şeyin, bütün çatışmazlıqların üzərini bağlayır, onu görünməz edir.Bu hiss ötəri keçəcək hiss deyil, o əbədidir.
Sevdiyiniz zaman sevən şəxs qarşındakı şəxsi tamamilə fərqli görür və əlbəttə ki, həmin şəxs də özünü həmin şəxsə fərqli şəkildə aşkar edir.
Sevgi həqiqətən də bütün dünyanı dəyişəcək möcüzəvi hissdir.Çünki, hətta 30 il sonra belə ailədə siz bir – birinizə qarşı gözəl münasibətdə olsanız, siz öz ətrafınızdakı insanlara belə nümunə olacaqsınız və hər kəs sizintək xoşbəxt olmağa can atacaq.
Həqiqətən də sevgi böyük cəsurluq və ürək tələb edir.Çünki, münasibətiniz zamanı nələrin olmasına baxmayaraq, siz hər şeyə hazır olmalı və sevməyi davam etməlisiniz.Yadda saxlayın, sevən şəxslər üçün bunlar heç biri çətinlik kəsb etmir, əksinə, maneələrlə üzləşdiyi zaman o sevdiyinə daha möhkəm sarılır və yolunu davam etdirir.
Sevgi – " hər zaman " və "birlikdə " bu sözlərdən ibarətdir.Çünki, sevgi insanların hər zaman birlikdə bütün hər şeyin öhdəsindən gəlib xoşbəxt olmaqlarına rəvacdır.
Əsl sevgim budur dediyiniz an,sevginin qədrini bilin və sevdiyiniz şəxsin əlini nə olur olsun heç vaxt buraxmayın.