Hamilələrdə Temperatur Yüksəlişini Həyəcan Təbilini Nə Zaman Çalmaq Lazımdır ?
Aile.fenomen.az saytı hamilələrin sağlamlığı ilə bağlı faydalı məlumatlar bölüşməyə davam edir.
Gələcəkdə ana olmağa hazırlaşan qadının orqanizmində praktiki olaraq mütəmadi olaraq müəyyən proseslər baş verir, bu proses də bir çox analarda narahatçılıq və gərginliyə səbəb olur.
Hamiləliyin ilkin dönəmlərində temperatur yüksəlməsi də həmçinin ani riskləri siyahısına aid olunur və bu problemlə demək olar ki, hər hamilə qadının 2 – dən 1 – də rast gəlinir.Gəlin araşdıraq görək, bu vəziyyəti pataloji hal kimi dəyərləndirmək lazımdır, yoxsa bunlar hamısı normal haldır.
Hamiləliyin erkən vaxtlarında temperatur yüksəlməsinin səbəbləri nədir ?
Əgər hamilənin temperaturunu ölçərkən termometrin istilik göstərişi 37- 37,5 göstərirsə, həyəcanlanmaq yaxud da həkimə getməyə ehtiyac yoxdur.Bu hal tamamilə normaldır ( əlbəttə ki, əgər burun tutulması, öskürək və başqa narahatlıqlar yoxdursa normaldır ).Əgər hər ehtimal üçün bu hala qarşı narahatlığınız varsa, sidik və qan analizi vermək də olar.Bunu etdiyiniz təqdirdə, baş verən narahatlığın əsl səbəbini öyrənmiş olacaqsınız.
Hamiləlikdə temperaturun yüksəlməsi çox zaman aşağıdakı səbəblərdən baş verir :
- bu həssas dövrdə qadın orqnizminin çox miqdarda xüsusi hormon olan, proqesteron hormonun ifrazı ;
- qızınma. Bu hal əsasən yay vaxtlarında havanın temperaturunun həddindən artıq çox yüksəlməsi zamanı baş verir.Bu halın qarşısını almaq üçün hamilənin olduğu otağın havasını tez – tez dəyişmək və təmiz saxlamaq lazımdır.Həmçinin də ən önəmlisi odur ki, hamiləni mövsümə uyğun şəkildə geyindirmək lazımdır.
Bu hal çox zaman hamiləliyin 4 – 5 – ci ayına qədər davam edə bilir.Lakin, onu da qeyd edək ki, bu xüsusi halları bir çox hamilələr elə də böyük narahatlıqlar yaşamadan və rahat şəkildə yaşayırlar.