Hamilələrin NƏZƏRİNƏ ! Yediyiniz qida ilə körpənizin cinsiyyətini təyi edə bilərsiniz
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Bizim nənə - babalarımızın dövründə əlbəttə ki, US müayinəsi yox idi, lakin onlar gələcək doğulacaq körpənin cinsiyyətini çox zaman doğru yəqin edə bilirdilər.
Beləliklə, gəlin bu məsələyə aydınlıq gətirməyə çalışaq.Hamilənin yediyi qidadan körpənin cinsiyyətini necə bilmək olar ?
Oğlan olacaq.
Hamilələrin uzun illik müşahidələrinə əsasən,onlar əmindirlər ki, hamilə qadının yediyi qida onun doğulacaq körpəsinin cinsiyyətinin xəbərçisidir.Əlbəttə ki, bu hallarda 100 % - lik nəticə heç zaman mümkün deyil.
Deməli, əgər gələcək ananı ət və ət məhsullarına, qızarılmış yeməklərə , ədviyyatlı, acılı souslara, kolbasa məmulatlarına çəkirsə, çox böyük ehtimalla ailəyə kiçik kişi gələcək.
Daha bir əlamət isə - toksikozdur.Əgər ana oğlan uşağına hamilədirsə, o zaman o hamilə olduğu dövrə qədər yediyi qidaların heç birini hamiləlik dövründə yemir.
Maraqlı faktlardan biri də odur ki, oğlan uşağı gözləyən analar daimi susuzluqdan əziyyət çəkirlər və hər zaman su içmək ehtiyacı duyurlar.
Qız olacaq.
Anaların hər zamankı ən gözəl rəqibi olan qızlar.Əgər gələcək ana hamiləlik dövründə şokolad və müxtəlif şirniyyatlardan həddindən artıq istifadə edirsə deməli, ailəyə kiçik şirin qız övladı gələcək.Belə hamilələr həmçinin fərqli tortlar, pirojnalar,şirin meyvələr, xüsusilə də banan, şaftalı və üzüm kimi meyvələri daha çox arzu edirlər.
Həmçinin yadda saxlayın əgər hamilənin orqanizmi qəflətən təzə sıxılmış turş və meyxoş şirələr ( nar, qreypfrut, alma ) istəyirsə, kiçik şəhzadənin tezliklə gələcəyinin xəbərçisidir.
Belə qadınlar həmçinin yüngül, demək olar ki, yağsızlaşdırılmış içəcəklərə ( məsələn, yoqurt, kefir ) meyilli olurlar.
Belə bir deyim də var – " Qız ananın bütün gözəlliyini alır ".
Bu məlumat maraq xarakteri daşıyır və bu haqda hər zaman 100 % - lik nəticə vermək olmaz.Lakin, bu fikirlər uzun sürən müşahidələrin nəticəsidir və çox zaman özünü doğrultmağı bacarır.