Yeni doğulmuş körpəni düzgün çimizdirmək qaydaları
Aile.fenomen.az saytı faydalı məlumatlar bölüşməyə davam edir.
Yeni doğulmuş körpənin çimizdirilməsi – vacib və məsuliyyətli prosesdir.
Körpə doğulana kimi əlbəttə ki, gələcək ata və ana körpənin hər şeyi haqqında, eləcə də necə çimizdirilməsi haqqında məlumatlar toplamağa, müxtəlif valideynliyə aid kitablar oxumağa cəhd edirlər.Lakin, nə qədər eşitsələr və oxusalar da, nların beynində hələ də cavablanmamış suallar qalır.
Düzgün çimizdirilmə qaydalarını bilərəkdən, siz körpəni yalnız gigiyenik cəhətdən vacib olması ilə deyil, həm də körpənin özünə də zövq vermək məqsədi ilə bunu edəcəksiniz.
Beləliklə, körpəni düzgün çimizdirmək üçün aşağıdakılara əməl etmək lazımdır ^ 1. Xüsusi uşaq vannacıqları
Körpəni daha təmiz və təhlükəsiz şəraitdə çimizdirmək üçün xüsusi vannacığın olması şərtdir.Bunun səbəbini belə izah etmək olar :
kiçik körpə vannası ananı körpəsini rahat yumaq və tutmaq üçün daha rahatdır ;
həmçinin, çox zaman körpələr xüsusi faydalı ot və bitki qarışımı olan suda çimizdirilir, bunun üçün də kiçik vannacıq daha əlverişlidir ;
kiçik vannacıqda suyun temperaturunu istədiyimiz dərəcədə təyin edə bilirik.
Lakin, körpəni çimizdirmədən öncə vannacığı qaynar su ilə yaxud da soda əlavə olunmuş qarışım ilə yaxşıca təmiz edin.
2. Körpələr üçün olan xüsusi şampun və sabun
Körpənizin orqanizminin hələ zəif olduğunu heç vaxt unutmayın və onun hər şeyinə, eləcə də şampun və sabun seçiminizə də xüsusi diqqətlə yanaşın.Onları alarkən tərkibini mütləq oxuyun.Uşaq sabun və şampunlarının tərkbində süni qoxulandırıcı və rəngləyicilər olmamalıdır.Onları alarkən çalışın ki, tərkibində aşağıdakılar olsun :
yumşaldıcılar ( yağ, qliserin )
qidalandırıcılar ( bal tərkibli əlavələr )
bitki ekstraktları ( çobanyastığı, palıd, evkalipt və s. müalicəvi tərkibli bitkilər )
3. Suyun temperaturu
Çimizdirmək zamanı anaların ən çox çəkindiyi məsələlərdən biri də suyun temperaturudur.Çünki bizə ilıq gələn su körpə üçün çox isti ola bilər.Bu hal əslində bir az fərdi haldır.Lakin sizə yardım üçün deyə bilərik ki, 37 Ctemperaturlu su çox zaman körpəni çimizdirmək üçün norma sayılır.
4. Qurulanması üçün xüsusi dəsmal və bezlər
Çimizdirdikdən sonra körpəni nə ilə qurulamanız da onu necə çimizdirməyiniz qədər önəmlidir.Çünki, körpənizi quruladığınız dəsmal heç bir allergik təsirli olmamalıdır.Onun hansı parçadan olması çox önəmlidir.Dəsmalın parçasının pambıqdan olması isə ən təhlükəsiz və gözəl seçimdir.