loading...
loading...

Valideynlərlə GÖZƏL Münasibətdə Olmağın 4 SİRRİ

loading...

Valideynlərlə GÖZƏL Münasibətdə Olmağın 4 SİRRİ

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.

 

Valideyn və övlad mübahisələri – bu, ta qədim dövrlərdən bu günə qədər davam edən əbədi və əzəli mövzudur.Çox zaman valideyn əlaqələri sağlam və normal şəkilli olmur.Bu da uşaqlara pis təsir etdiyi kimi böyüklərə də təsirsiz ötüşmür.Lakin, valideynlərlə harmonik şəkildə əlaqə qurmağın bir neçə yolu var.Bu məlumatımızda çalışacağıq ki, məsləhətlərimizlə sizə kömək etməyə çalışaq.

 

MƏSAFƏ

           

Təəssüf ki, müasir dövrdə bir neçə ailənin bir evdə yaşaması norma sayılır.Buna əlbəttə ki, insanların maddi durumu da təsir edir.Çünki, ailə həyatı qurmuş hər gənc ailə yeni və ayrı mənzilə çıxa bilmə şansı əldə etmir.Əslində ən yaxşısı da budur.Çünki, gənc nəsillə artıq bir az yaşlanmış nəslin bir – birini anlaması prosesi bir az çətindir.Ayrı evə köçmək əlbəttə ki, valideyni yaddan çıxarmaq və böyükləri sevməmək anlamına gəlməməlidir.Lakin, hər münasibətdə olduğu kimi valideynlə övlad arasında da bir qədər məsafənin olması faydalıdır.Bu həmin evdə böyüyən uşağın da şəxsiyyətinə, mənliyinə, məsuliyyətinə də öz təsirini göstərir.

 

"ETMƏLİDİR” SÖZÜNÜ UNUDUN

                                       

Tez – tez biz böyüklərdən " valideynlər eməlidir”, yaxud da "onlar mənim valideynlərimdir, bunu etmək onların borcudur” kimi ifadələr eşidirik.Yadda saxlayın, heç kim heç kimə heç nə etməyə məcbur deyil.Valideynlər bütün öz ömürlərini sizin ömrünüzə həsr etməli deyillər.Bu səbəbdən də, valideynlərinizi borclu çıxarmaq əvəzinə, onsuz da öz gənc illərini sizə sərf etmiş valideynlərinizə siz nə edə biləcəkləriniz haqqında düşünün.

 

MÜBAHİSƏLƏRİ NEYTRALLAŞDIRIN

 

Ailə söz – söhbətləri hər evdə kifayət qədər tez – tez baş verir.Lakin, əgər övladlar vəziyyəti bir az yumşalda bilmə bacarığına malik olsalar, baş verən mübahisə alovlanmadan onu söndürməyi bacar bilərlər.Övladlar bunu hər zaman bacarmalıdır, çünki axı valideyn sizin düşməniniz yox, ən yaxın insanınızdır.Əgər atmosferdə gərginlik hiss edirsinizsə, sizə verilən cavabla siz də cavab verməyin.Qəzəb, qıcıqlanma, kin və başqa pis və mənfi emosiyalar baş verənləri düzgün analiz etmə bacarığına əngə olur.Hər zaman sevgi, qayğı və xoş sözlərlə cavab verməyə çalışın.

 

QAPANMAYIN

 

Valideynlərinizə uzun müddət kin saxlamayın, əgər mübahisə artıq baş veribsə, həmin an barışmağa çalışın.Onlarla ünsiyyətdən, danışmaqdan çəkinməyin, çünki bunu etsəniz, onları çox incitmiş olacaqsınız.Hər zaman münasibəti düzəltməyə, yaxşılaşdırmağa çalışın.Çünki, ömrümüz kin və küsülülük saxlamaq üçün doğurdan da çox qısadır.

loading...
Oxşar xəbərlər