Gənc yaşda ana olan qadınlar OXUSUN

loading...

Gənc yaşda ana olan qadınlar OXUSUN

Ana olmaq hər qadın üçün möcüzəvi hadisədir. Ana olmaq özünüzdən daha çox düşündüyünüz və bir ömür düşünəcəyiniz varlığın sizin içinizdə yavaş-yavaş böyüməsidir. Müasir zamanda qadınların təhsil səviyyəsinin yüksəlməsi və karyera qurması ana olma yaşını artırıb. Bir qadının evlilik yaşı orta hesabla 25-27 arası olub. Təbii olaraq ana olma yaşı da 30 və yuxarı yaşlara təsadüf edir. Mütəxəssislər ana olma yaşının isə 25-30 yaş arası olduğunu deyirlər.  Erkən yaşda ana olmağın üstünlükləri və mənfi tərəflərini təqdim edir. 

 

 

Ana-ata olmağa hazırlıq

 

Evlilikdən sonra bəzi qadınlar körpə sahibi olmaq üçün hazırlıq müddəti keçir. Ailə həyatına adaptasiya olmaq və cütlüklərin əlaqələrinin möhkəmlənməsi üçün müəyyən bir zamana ehtiyacları var. Həm həyat, həm də  qadınlar özləri özlərini valideyn olmaq üçün hazırlayır. Çox erkən yaşlarda (18-20 yaşları) körpə sahibi olduqda ana və atalar buna hazırlıq keçə bilmirlər. Körpə dünyaya gəldikdən sonra ana və ata rolları təyin olunur və öyrənilir.

 

 

Erkən yaşda ana olmağın üstünlükləri:

 

 

- Sağlamlıq baxımından qadının yumurtaları daha sağlamdır və digər yaşlardakı analara görə riskləri olduqca azdır.

 

- Erkən yaşda ana olan qadınlar uşaqlarıyla həyat içində daha uzun vaxt keçirə bilərlər.

 

- Gələcəkdə yaşanacaq qayğıları gec yaşda ana olan qadınlara görə daha azdır.

 

- Gec yaşda ana olan qadınlar uşaqlarının gələcəyini görə bilməyəcəkləri, onlardan doymayacaqları, onlarla daha az vaxt keçirə biləcəkləri baxımından qayğı yaşaya bilərlər.

 

- Yaşla birlikdə bəzi sağlamlıq problemləri də meydana gəlir. Tez yorulma, yuxusuzluğa qarşı dözümsüzlük, uşağın enerjisinə və hərəkətliliyinə çata bilməmək kimi problemlər gec yaşda ana olanlarda daha tez-tez rast gəlinir.

 

- Bu səbəbdən erkən yaşda ana olan qadınlar daha enerjilidir, uşağına qarşı daha dözümlü və səbrlidir.

 

- Erkən yaşda ana olan qadınlar ümumiyyətlə, uşaqlarıyla çox qarşıdurma yaşamırlar. Xüsusilə uşaqlarının yetkinlik dövrlərində daha anlayışlı, konstruktiv və vasitəçi ola bilirlər.

 

- Erkən yaşda analığı yaşadıqları üçün təkrar ana olma fikrinə, yəni uşaqlarına daha bir qardaş-bacı dünyaya gətirmə düşüncəsinə rahat qərar verə bilirlər. Çünki daha bir və ya bir neçə uşağa enerjiləri qalır.

 

 

Erkən yaşda ana olmağın mənfi yönləri

 

Erkən yaşlarda ana olmağın bəzi üstünlükləri olduğu kimi, mənfi cəhətləri də var. Erkən yaşda ana olan xanım hələ qadınlığını, qadın, həyat yoldaşı rolunu yaşamadan ana olur. Həyat təcrübəsi olmur. Bu səbəbdən də uşaq böyüdərkən səhv etmə ehtimalı yüksəkdir. Həyatda etmək istədiklərini hələ reallaşdırmamış, həyat yoldaşı ilə olan əlaqəsini tam möhkəmlətməmiş, həyat yoldaşı ilə problemlərini həll etməmiş körpə sahibi olurlar. Təəssüf ki, problemlər vaxt keçdikcə daha da böyüyür, uşaq və valideynləri isə bu vəziyyətdən mənfi təsirlənirlər.

 

Cəmiyyətimizdə problemli evlilik həyatının körpənin anadan olması ilə düzələcəyinə dair səhv fikirlər var. Bir evlilikdə bəzi problemlər varsa, körpə doğulduqdan sonra bu problemlər daha da artır. Əgər problemlər həll edilmədən ailə həyatına son qoyulursa, erkən yaşda ana olan qadın uşağını çox sevsə də, həyatı qarşısında bir maneə olur. Çünki uşağına qarşı bir çox məsuliyyətləri var. Fərdi şəxsiyyətlə yanaşı, ana şəxsiyyəti də var və həyatına istiqamət verərkən mütləq uşağını düşünməlidir. Yeni bir şəhərdə iş seçimi və ya yeni quracağı münasibətlər, həyat yoldaşı seçiminə qədər hər mövzunu daha dərin düşünüb-daşınmalıdır. Bu vəziyyət də həm erkən yaşda ana olan qadına, həm də uşağına zərər verə bilər.

 

 

Erkən yaşda ana olan qadınların həyatdan nələr gözlədikləri, həyata dair məqsədləri,  ər-arvad münasibətləri, ana olduqdan sonra qarşılaşacaqları çətinlikləri da düşünmələri lazımdır. Təbii ki, bu vəziyyət yalnız gənc yaşda körpə sahibi olacaq qadınlar üçün deyil, hər yaşdakı qadın üçün vacibdir. Sadəcə, erkən yaşda ana olan qadınlar üçün bu risk daha çoxdur. Çünki erkən yaşda ana olan qadınların bir çoxunun maddi azadlığı təəssüf ki, yoxdur və həyatda daha çox mübarizə aparmaq məcburiyyətində qala bilərlər.

 

Sağlam övlad sahibi olmaq və uşağının gələcəyini həyat yoldaşı ilə birlikdə qaydaya salmaq hər qadının istəyidir. Analığı dadmaq, uşaq sahibi olmaq istəyən qadınlara verilə biləcək ən vacib məsləhət uşaqlarını şərtsiz sevmək və bu sevgini mütləq onlara göstərməkdir. Sevgi uşağınıza verə biləcəyiniz ən əhəmiyyətli dərmandır. (aile.lent.az)


loading...
Oxşar xəbərlər