Qadınlar oxusun! Bu səhvlər sağlamlığınızı korlaya bilər
Bir çox qadınlar pəhriz, məşq, qidalanma ilə bağlı yanlış təsəvvürlərə malikdirlər. Sağlam həyatı hədəfləyən bu əfsanələr əksinə, onların sağlam həyatını da poza bilər. Aile.Fenomen.Az xəbər verir ki, bunu nəzərə alan Aile.lent.az qadınların düzgün hesab etdikləri 10 faktın yanlış tərəflərini aydınlaşdırıb. 1. Qadınlar ağırlıq tələb edən məşqlər etsələr, kişiyə bənzəyərlər Qadınlarda əzələlərin böyüməsinə səbəb olan testosteron hormonunun ancaq 20-də 1-i qədəri kişilərdə ifraz olunur. Bu səbəbdən də güclüdürlər. Diqqətə çarpan xətlərə malik olmaq istəyən qadınlar ağırlıq məşqləri vasitəsilə sümük sıxlığını artırıb, fiziki olaraq güclənə bilərlər. Eyni zamanda möhkəm bir görünüşə də yiyələnərlər. 2. Bədənin yığılması üçün pilates və yoqa kifayətdir Bədənin yığılması və fiqura üçün pilates və yoqa ağırlıq tələb edən məşqlərə alternativ deyil. Bədənə gözəl fiqura vermək üçün əzələlərin gücləndirilməsi lazımdır. Bu səbəbdən ağırlıq məşqləri etmək də mümkündür. Pilates və yoqa elastikliyi artırma və bədənin gücləndirilməsi ilə yanaşı, mental rahatlama təmin edir, zədələnmələrin qarşısını almağa köməkçi olur. 3. Yağlı yeməklər yağlanmaya yol açır Alınan kalorilərin yandırılan kaloridən çox olması artıq çəkiyə səbəb olur. Yalnız yağlı yeməkləri kəsərək yağlanmanın qarşısını almaq olar. Kalori karbohidrat, zülal və yağlardan alınır. Bir çox adamda yağlanmanın səbəbi sanılanın əksinə yağlardan deyil, alınan karbohidrat miqdarının çoxluğundan qaynaqlanır. 4. Təbii şəkərlər sünilərə nisbətən daha sağlamdır Arıqlamaq istəyən insanlar üçün şəkərin təbii və ya süni olmasının heç bir fərqi yoxdur. Sağlamlıq problemindən qaçmaq və artıq çəki yığmamaq üçün çox şəkər qəbul etməyin. Buna hər növ xəmir məmulatları da daxildir. 5. Bədən hissələrinin arıqlaması üçün hədəflənən bölgənin işlədilməsi kifayətdir Yalnız sizə artıq gələn bölgəyə istiqamətli məşq ilə istədiyiniz kimi yağları yandıra bilməyəcəksiniz. Hansı bölgədə ən çox yağ toplandığı və asanlıqla bədənin hansı hissəsinin arıqlaması genetikdir. Yağ yandırmağın ən doğru üsulu kalorini müəyyən miqdarda azaltmaq, nizamlı idmanla məşğul olmaqdır. 6. Passiv məşqlə daha təsirli, asan və qısa müddətdə çox daha yaxşı nəticə alınır İnsan bədəni mühitə və vəziyyətə adaptasiya ola bilən bir mexanizmdir. Bədənin vərdişlərindən imtina etməsi və formalaşması üçün ağırlıq məşqlərinə və ürək ritmini yüksəldən hərəkətlərə ehtiyacı vardır. Məşq nə qədər asan olsa, faydası da o qədər az olacaq. Tərləməsəniz, arıqlamayacaqsınız. 7. Ağırlıq məşqləri sümük və əzələ kütləsini qoruyur Gündəlik fəaliyyəti sabit tutsaq belə, hər 10 ildə əzələ kütləsinin 5%-i itirilir. Yaş irəlilədikcə əzələ liflərinin yerini kollagen toxuma doldurmağa başlayır. Buna görə də hərəkət qabiliyyəti azalır. Geri qayıda bilməyəcəyiniz yola başlamadan qarşınıza məqsəd qoyun, ağırlıq məşqləri edərək əzələ liflərinizi canlı saxlayın. 8. Çəki azaltmaq üçün ac qalmaq lazımdır Pəhriz saxlayarkən ac qalmaq, sağlam olmayan formada qidalanmaq verilən çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olacaq. Məqsədiniz davamlı sağlam qidalanma vərdişləri yaratmaq olmalıdır. Bununla çəkinizi idarə etmək asan olacaq. 9. Məşq etmək üçün ideal saat varmı? Məşq etmək üçün ideal saat nizamlı olaraq edə biləcəyin saatdır. Enerji və motivasiyanın yüksək olduğu saatlarda məşq edin. Bu zaman insan özünü daha çox məcbur edir və bununla da çox fayda qazanırsınız. Gündəlik həyat qrafikinizə hansı saat uyğundursa, o saatda məşq edə bilərsiniz. Əhəmiyyətli olan məşqi enerjinizin yüksək olduğu saatda və nizamlı olaraq etməkdir. 10. Məşq edərək yağı əzələyə çevirmək olar Yağlar və əzələlər bədəndə fərqli toxumalardır və bir-birlərinə çevrilə bilməzlər. Məşqə başlayan zaman yağlar yandırılmağa başlanır və əzələlər bərpa edilir. Bunların eyni zamanda baş verməsi "məşq edəndə yağ əzələyə çevrilir” kimi yanlış fikir yaranıb.