GƏNCLİYİN SİRRİ - SAĞLAM DİŞLƏR
Aile.fenomen.az saytı sizinlə faydalı məlumatlar bölüşməyə davam eir.
Hər birimiz istəyirik ki, hər zaman gözəl və sağlam qalaq.Lakin bir çoxumuz anlamırıq ki, yalnız dəriyə qulluq etməklə bu problem həll olunmur.Mütləq dişlərimizin sağlamlığının qeydinə qalmalıyıq.Bu gün biz sizinlə gözəl və sağlam dişlərin cavanlaşmaqla hansı əlaqəsinin olması barəsində danışacayıq.
Bunu anlamaq lazımdır ki, hər zaman sağlam və gözəl gülümsəmə gözəllik və sağlamlığın əlamətidir.
Əgər yaxşı diqqət etsəniz görərsiniz ki, keçmiş zamanlara aid şəkillərdə portreti çəkilmiş insanların gülümsəməməməsinin şahidi ola bilərsiniz.Nə səbəbə görəsən?Çünki o zamanlarda insanlar dişlərini tez – tez itirirdilər.Bu səbəbən də onlar gülümsəməməyi üstün tuturdular.
Dişlər simanı gənc göstərən ən vacib komponentlərdən biridir.Bu da səbəbsiz yerə deyil.Çünki, dişlər ağız boşluğunda tam sağlam durduğu zaman o üzdəki əzələ sisteminin də sağlam durmasına zəmin yaradır.Ağız boşluğunun kənarında olan dişlərimiz də üz çənə nahiyəsinin duruşunu tənzim edir.
Hansı tərəfdən diqqət etsəniz dişlərin üz quruluşumuz üçün mühüm rol oynadığını aydın görə bilərsiniz.İnsanı gənc göstərən ən vacib amil isə onun siamsıdır.
Dişlərinizin hər zaman qeydinə qalmağa çalışın.Mütləq deyil ki. Onlar bəyazlığı ilə göz qamaşdırsın.Çünki heç təbiətin özündə də bu rəngdə heç bir şey yoxdur.Lakin dişlərin rəng çaları bir – birinə uyğun rəngli olmalıdır.
Əgər dişlərinizdə tünd yaxud açıq rəngli ləkələr varsa, mütləq stomatoloqa müraciət etməlisiniz.
Ləkə - diş ərpinin yaranmasının ilk siqnalıdır.