Uşaqlığın MİOMASI NƏDİR ? Səbəb və Müalicə YOLLARI

loading...

Uşaqlığın MİOMASI NƏDİR ? Səbəb və Müalicə YOLLARI

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Uşaqlıq mioması - uşaqlığın divar və boynunda əmələ gələn xoşxassəli törəmədir.Müasir dövrümüzdə uşaqlıq miomasının müalicəsi əməliyyatsız mümkündür.Xəstəliyin yaranma səbəbləri, müalicəsinə nəzər salaq.

Xəstəliyin yaranma səbəbləri
Bu xəstəlik orqanizminin hormonal balansının pozulması nəticəsində yaranıb inkişaf edir.Mioma adenomioz xəstəliyi, uşaqlıq soyuqlaması, şəkərli diabet, xroniki xəstəliklər,daimi stresslər,o cümlədən, tez - tez edilən abortlar və metobolizm xəstəliyi zamanı inkişaf edə bilər.Həmçinin piyləmədən əziyyət çəkən və oturaq həyat tərzi sürən xanımların da bu xəstəliyə yoluxma ehtimalları vardır.

Xəstəliyin klinikası
Əgər miomanın ölçüləri çox kiçikdirsə, o demək olar ki, özünü büruzə vermir.Yox əgər, mioma müəyyən qədər ölçüyə sahibdirsə, bu zaman qadında artıq menstrual sikldə pozulmalar müşahidə olunacaq.Qəbizlik, tez - tez sidikqaçırma, qarının aşağı hissəsində ağrıların olması və tez bir zamanda qarının böyüməsi və s. bu kimi şikayətlər də bu xəstəliyin əlamətlərindəndir.Xəstəliyin davametmə müddəti uzandığı halda isə belə xəstələri anemiya ( qan azlığı ) və sosuzluq gözləyə bilər.

Xəstəliyin müalicəsi
Müasir günümüzdə uşaqlıq miomasının müalicəsi üçün konservativ və əməliyyat kimi yollar vardır.Əgər, miomanın ölçüsü 12 həftədən azdırsa, bu zaman konservativ müalicə üsulu tətbiq olunur.Yəni,  bu müalicə üsulu zamanı  bir sıra oral kontraseptivlər qəbul etmək lazımdır.Onu qeyd etmək lazımdır ki, nadir hallarda konservativ müalicə miomanı yox edə bilir.Əməliyyat yolu ilə müalicə isə miomanın ölçüsünün müəyyən qədər olduğu zaman təyin olur.Ölçülər o qədər də böyük olmadığı zaman yalnız miomanın özü xaric olunur.Miomanın özü xaric olunmadığı halda isə bütövlüklə uşaqlıq yolu xaric edilir.Odur ki, narahatlıq hiss etdiyiniz an mütləq şəkildə həkimə müraciət edin.




loading...
Oxşar xəbərlər