Servisit

loading...

Servisit

 

Qonoreyalı endoservisit süzənəyə yoluxmuş xəstələrin 80% – də qonoreyalı uretritlə birgə rast gəlinir. Uşaqlıq boynu kanalında qonokokkların həyat fəaliyyəti üçün əlverişli şərait mövcuddur: uşaqlıq boynu sekretinin qələvi mühiti, silindrik epitel, selikaltı qatın olmaması, dərində yerləşmiş şaxələnən vəzilərin olması. Bunların hamısı qonokokkların uşaqlıq boynuna keçməsinə və orada çoxalmasına, həmçinin kəskin mərhələnin xroniki mərhələyə keçməsinə şərait yaradır. Xroniki endoservisit uşaqlıq boynunun hipertrofiyasına səbəb olur.

Klinika:

 

 

Xroniki servisitin təzahürləri çox zəifdir. Adətən bel nahiyəsində küt ağrılar, uşaqlıq boynu kanalında selikli-irinli ifrazatlar müşahidə olunur. Uşaqlıq boynu xeyli qalınlaşmış olur, çox vaxt onun səthində uşaqlıq boynu vəzilərinin kistaları əmələ gəlir. Xəstəliyin kəskin dövründə xəstələr qarnın aşağı hissəsində ağırlıq, omba nahiyəsində ağrılar hiss edirlər. Uşaqlıq boynu kanalının selikli qişası hiperemiyalaşır, şişkinləşir, yumşalır, uşaqlıq boynunun xarici dəliyində selikli – irinli ifrazat qeyd olunur. Uşaqlıq boynunun arxa dodağında maserasiya nəticəsində həqiqi eroziya baş verə bilər. 7-10 gündən sonra həqiqi eroziyanın uşaqlıq boynu kanalının silindirik epitelisi ilə örtülməsi sayəsində yalançı eroziya əmələ gəlir.

Diaqnostika:

 

 

Xəstəliyin diaqnozu müvafiq kliniki şəklə və ifrazatda törədicilərin aşkar olunmasına əsaslanır. Qonakokkun aşkarlanması üçün tamponla uşaqlıq boynu silinir, kanalın xarici dəliyində 0,5 – 1 sm yuxarıda pinset daxil edilir və müayinə üçün sekret götürülür.

Müalicəsi:

 

Müalicə kompleks şəkildə aparılır. Buna antibakterial, immunostimuləedici və yerli iltihabəleyhinə terapiya daxildir.

immunitet.az


 

loading...
Oxşar xəbərlər