Spiral gələcəkdə hamilə qalma qabiliyyətini poza bilərmi?
Uşaqlıq daxili spiralların hamiləliyin qarşısını alma effekti asanlıqla geri qaytarıla biləndir və onların uşaqlıq boşluğundan çıxarılmasından sonra tez bir zamanda yoxa çıxır.
Spiralın çıxarılmasından sonra 1 il ərzində hamiləliyin əmələ gəlmə ehtimalı 96% çatır.
Spiral çıxarıldıqdan sonra menstrual dövrə 1 ay ərzində normallaşır, uşaqlıq isə 1-3 ay ərzində tam bərpa olunur.
Spiralın gəzdirilməsi zamanı inkişafı artan bəzi cinsi infeksiyalar (məsələn, xlamidioz) spiralın çıxarılmasından sonra uşaq dünyaya gətirməkdə çətinliklər yarada bilər və hətta sonsuzluğa gətirib çıxara bilər.
Bununla əlaqədar, hələ uşaqları olmayan və ya uşaq dünyaya gətirməkdə əvvələr problemləri olan qadınlara spirallar tövsiyə olunmur. Amma yenə də, spiral çıxarıldıqdan sonra hamilə qalma qabiliyyətinin uzun müddətli pozuntusu çox nadir hallarda müşahidə olunur.
Hamiləliyin planlaşdırılması uşaqlıq daxili spiralın çıxarılmasından artıq bir ay sonra mümkündür.
(Ginekoloq.az)