Kişilərə özəl: İdeal seks üçün yataqda 10 QAYDA

loading...

Kişilərə özəl: İdeal seks üçün yataqda 10 QAYDA

Əziz kişilər, qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi? Qüsursuz və ideal seks üçün yataqda kişinin riayət etməli olduğu10 qaydanı təqdim edirik:

 

 

1. Gigiyena

 

Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:

 

- Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

 

- Ağzından pis iy gəlməsin

 

- Onu razı salmaq üçün qadının zövqünə uyğun olaraq üzünü qırx, yaxud qırxma, yenə də üzündən yaxşı iy gəlsin.

 

 

2. Eqoist olma

 

Cinsi akt zamanı onun tələbatını ödəyən şeylərə diqqətini cəmlə. Onun aldığı zövq səninki ilə bərabər olmalıdır:

 

- Onu zirvələrə qaldırmaq bəzən çətin ola bilər. Amma bu bəhanə ilə heç vaxt tənbəllik etmə və onu həzdən məhrum etmə.

 

- Hər zaman sən daha əvvəl boşala bilərsən. Amma heç vaxt bundan istifadə edərək arxanı çevirib yatma.

 

 

3. Paltarlarını ehtiyatla çıxar

 

Ehtirasa qapılaraq onu tez soyundurmaq istəyə bilərsən, amma unutma ki, onun əynindəki geyimlərin qiyməti var.

 

 

4. Ön sevişməni unutma

 

Ön sevişmə bir qadını məmnun etmək üçün yatağa qoya biləcəyin ən ciddi sərmayədir.

 

- Seks onu yatağa atmadan əvvəl oynaşmalar və ön sevişmə ilə başlayır.

 

- Ona təriflər yağdır.

 

- Əllərini istifadə et. Fiziki yaxınlıq göstər və arada bir qucaqla.

 

 

5. İstəklərini öyrən

 

- Əgər xüsusi və qeyri-adi istəklərin varsa, bunu reallaşdırmağın yolu partnyorunla danışmaqdır.

 

 

6. İşinə diqqətini cəmlə

 

 

Əgər yataqda artıq tam olaraq öz rolunuzun ifasına hazırsınızsa, bütün diqqətləri ona yönəltməlisiniz.

 

- Televizoru, ya da kompüteri söndür.

 

- Telefona zəng gələrsə, cavab vermə.

 

- Diqqəti yayındıracaq hər şeyi aradan qaldır.

 

 

7. Sonrasını məhv etmə

 

Artıq bitdi və ikiniz də zövq aldınız. Klassik kişi obrazından xilas ol. Seks sadəcə orqazm olmaq demək deyil. İşini bitirdikdən sonra dərhal duşa girmək üçün yataqdan durma. Onunla bir az mazaqlaş. Çünki buna ehtiyacı var.

 

 

8. Lazımsız üzrxahlıqdan əl çək

 

Həyəcanlandığına görə hər bir kişinin başına gələn sənin də başına gələ bilər. Tez boşala bilərsən. Bu, onun kefinə soğan doğramayacaq, narahat olma. İdarə edə bilmədiyin bir şey üçün səndən üzrxahlıq gözləyən yoxdur.

 

 

9. Onun rəfiqələrindən danışma

 

Bütün diqqəti ona cəmləmişkən, onun rəfiqələrindən danışma, onlar barədə söhbət açma. Əgər hər hansısa bir qadın haqda söhbət etsən, özünə inamı itirər və bu, sənin üçün hər şeyin bitməsi deməkdir.

 

 

10. Onun bədənini təriflə

 

Əgər onun çılpaq bədəni haqda xoş şeylər söyləməsən, yenə də özünə inamsızlıq hiss edəcək. Qadınlar bədənləri ilə bağlı həmişə narahatlıq keçirirlər. Sənin xoş sözlərin onu daha da ruhlandıracaq. (aile.lent.az)

loading...
Oxşar xəbərlər