loading...
loading...

“Yataqda yoldaşınıza kömək edin” – PSİXOLOQ YAZIR

loading...

"Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova Aile.lent.az-a məqaləsini təqdim edirik.

 

Artıq cəmiyyətimizdə xeyli irəliləyişlər var. 10 il bundan əvvəl insanların nikahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu, kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir.

 

Necə ki, cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək, beyinlərini tanıyırlar.

 

"Elə beynini tanımışam ki, evlənirəm. Xasiyyətinə bələdəm, psixoloji konsultasiya nəyimə lazım? Yaxşı, psixoloq mənə desə ki, sizin xasiyyətiniz tutmur ayrılacam məgər?”. Bu kimi fikirlərlə çox rastlaşırıq. Cütlüklərin çoxu ilk görüşdə bunu deyir. Nə yaxşı ki, bu kimi fikirlər elə ilk görüşdə qalır.

 

İnsanlar bir-birlərini tanıyıb müəyyən xüsusiyyətlərini bəyənib evlənirlər. Çox vaxt eşidərsiz - "O, çox qayğıkeşdir”, "O, çox səmimidir”, "O, çox diqqətcildir” və s. Amma bunlar onun xasiyyətinin hamısının olması demək deyil. Evlənməmişdən öncə psixoloqla söhbət çox vacib xüsuslardandı.

 

Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür. Həmin psixoloqlar evlənməmişdən öncə bu ailələri müşayiət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri hazırlayır. Məsələn, əgər kişidə anasına qarşı güclü bağlılıq varsa, psixoloq qadını bunun yarada biləcəyi problemlərə hazırlayır. Tibbi dildə desək, immunitet yaradır. Peyvənd (xəstəliyin mikroblarının zəiflədilmiş şəkli) qana vurulur, artıq bədən mikrobu tanıyır və xəstəliyə yoluxmur. Belə deyək - psixoloq cütlüklərə gələcəkdə baş vermə ehtimalı böyük olan hadisələrə qarşı peyvənd vurur.

 

Yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Bu, anadan qızına keçən bir problemdir. Analar qızlarını evliliyə hazırlayırlar. Təbii, bu, olmalıdır. Amma bəzən analar çox himayədarlıq edirlər. Bu halda qızlar evliliyi çox ideallaşdırır, evləndiyi andan etibarən gözləntiləri çox olur. Artıq qarşı tərəflə mübahisələr başlayır. Kişilər nə baş verdiyini anlamır. Qadın evlənəndə istər seksual, istər maddi, istər sosial həyatı dəyişir. Bu dövrdə kişilərimiz daha anlayışlı olmalı və bunun qısa müddət davam edəcəyini bilməlidirlər.

 

Belə vaxtda onlara ancaq xanımına daha çox diqqət yetirmək gərəkdir. Əgər bu, xroniki hala keçirsə, cütlüklərin psixoloqa müraciət etmələri tövsiyə olunur. Qadınlar əsasən problemi intim həyatında axtarmağa başlayır və seksopatoloqa müraciət edirlər. Onlardan aldığı yanlış psixoloji məlumatlara "sizdə fiziki uyğunsuzluq var və ya bədənləriniz bir-birinə öyrəşə bilmir” kimi fikirlərə zaman keçdikcə inanmağa başlayırlar. Münasibətlərdə soyuqluq yaranır. Bəzən tədbir görülməzsə, bu hallar evliliklərin bitməsinə səbəb olur.

 

Bir şeyi xüsusilə vurğulamaq istəyirəm -  müəyyən ginekoloji və ya uroloji uyğunsuzluqlar ola bilər, amma onların hər biri həll olunandır. Əsas düşüncə olaraq aranızda uyğunsuzluq yaratmayın. Çalışın yoldaşınıza yataqda köməklik edəsiniz. Onu anlamağa çalışın, hələ sizin həssas nöqtələrinizi bilməmiş ola bilər. Siz ona yol göstərin. Fikir və narahatlıqlarınızı onunla bölüşün. Əmin olun, başa düşməyən insan yoxdu, başa sala bilməyən insan var. Hər dəfə dediklərinizi anlamırsa, demək, bu dil işinizə yaramır, başqa üsulla ona fikrinizi izah edin. Unutmayaq ki, evlilik nə nişanlılıq, nə sevgililik dövrünə bənzəyir. Evlilik bir yastığa baş qoymaqdır. Bu sözün mənası çox dərindir. Evlilik zamanı bütün gizlədilənlər üzə çıxır. İstər-istəməz insanlar evlilik öncəsi bəzi şeyləri gizlədir. Bu, çox normal haldır. Siz gizlətdiyiniz kimi, qarşı tərəf də gizlədə bilər. Çalışın bütün hallarda özünüzü qarşı tərəfin yerinə qoyub onun hisslərini başa düşəsiniz.

 

loading...
Oxşar xəbərlər