Cinsi Əlaqəyə İDEAL BAŞLAMA ÜSULU..
Aile.fenomen.az saytı məlumat verir ki,
Amerikalı mütəxəssislər belə hesab edir ki,ehtiraslı öpüşlər qadınların seksual istəklərinə müsbət təsir edir və demək olar ki, bu hissləri cinsi əlaqədən öncə " qızışdırır ".
Araşdırmaçılar bildirirlər ki, qadınların seksual istəklərini kişi tüpürcəyinin tərkibində olan testosteron yüksəldir.O, öpüşmə yolu ilə qadın orqanizminə daxil olur.Buna görə də cinsi əlaqəyə başlamaq üçün ən gözəl başlanğıc öpüş hesab edilir.
Bir sıra seksoloqlar isə belə düşünür ki, intim ilk olaraq başda, beyində başlayır.Bundan sonra isə artıq bədən də reaksiya verməyə başlayır.
Kanadada aparılan ən son araşdırmalar isə göstərir ki, tez - tez öpüşən insanların qocalma prosesi digərləri ilə müqayisədə daha gec baş verir və onlar orta hesabla 5 il daha artıq yaşayırlar.Bundan başqa, belə insanlar öd xəstəliklərindən, qan və həzm sistemi xəstəliklərindən daha az əziyyət çəkirlər.
Ehtiraslı öpüşmə anında insan bədənində döyüntülər yüksəlirvə bunun da nəticəsində qan dövranı yaxşılaşır.Hətta gün ərzində 20 saniyə davam etməklə 3 dəfə öpüşərək yuxunu yaxşılaşdıra və təzyiqi normallaşdırmaq mümkündür.