Bu Problemi Olan Kişilərin Ömrü Daha Qısa Olur!

loading...

Bu Problemi Olan Kişilərin Ömrü Daha Qısa Olur!

Aile.fenomen.az saytı məlumat verir ki, 

Erektil funksional pozğunluq problemi yaşayan kişiləri vaxtından əvvəl ölüm təhlükəsi gözləyir.Harvard tibb məktəbinin alimləri yuxarıda qeyd olunan fikri irəli sürüblər.

İmpotensiya yaxud da erektil funksional pozğunluq sadəcə cinsi həyata aid olan bir problem deyil.O həm də güclü cinsin nümayəndələrinin vaxtından əvvəl ölüm  və müxtəlif ürək xəstəliklərinin yaranma amilinə çevrilə bilər.Harvarddan olan alimlərin apardıqları araşdırmalar da bunları təsdiq etdi.

Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Ereksiya, cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində yaranır.
İmpotensiyanın yaranma səbəblərinə bunlar aiddir :

Sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabi xəstəlikləri (prostatit, orxoepididimit, sistit və s.) ;

Erektil mexanizmə cavabdeh olan damarlarda arterial qanın axınının kifayət qədər olmaması;

Depressiyalar, stress, həyəcan, qorxu ;

Bəzi preparatların qəbulu ;

Hormonal pozğunluqlar ;

Cinsiyyət üzvünün travmaları ;

Onurğa sütunu travmaları ;

Kiçik çanaq orqanlarında əməliyyatlar.

loading...
Oxşar xəbərlər