Seks və utancaqlıq - Özünüzü sərbəst buraxın...

loading...

Seks və utancaqlıq - Özünüzü sərbəst buraxın...

Utancaqlıq və seks... Qapalı və ənənəvi cəmiyyətlərdə bir-birinə qarşı duran iki söz. Niyə seks dedikdə çoxumuzun ağlına utancaqlıq gəlir? Cinsəllik, cinsi həyat cəmiyyətdəki bəzi insanlar üçün hələ də böyük bir tabudur. Bir çoxumuz cinsi mövzularda narahatıq. Bu da öz növbəsində cinsi həyata zərbə vurur. Mütəxəssislərin cinsi həyatdakı utancaqlıq haqqında fikirlərini təqdim edirik.

 

1. Cinsi həyatınızla tanış olun


Cinsi həyat sizə öyrədilən və ya google-un təqdim etdiyi şübhəli mənbələrdən, məşhur dərgilərdən ibarət deyil. Bununla bağlı daha çox elmi kitablar oxuyun, sxemlər və şəkilləri araşdırın, cinsi həyatın praktikliyini və məntiqini daha mexaniki olaraq öyrənin.


2. Özünüzü tanıyın

 

Cinsi orqanlarınızı araşdırın və onlara toxunmaqdan çəkinməyin. Onları çox sıravi orqanlar kimi kəşf etmək üçün yaxından tanıyın. Lazım olsa güzgü və başqa reflektiv vasitələrdən istifadə edin.

 

3. Bədəninizi sərbəst buraxmağı öyrənin

 

Cinsi həyatla bağlı ən böyük maneələrdən biri də gərginlikdir. Əzələ və sinir gərginliyi olmayan bir bədən cinsi münasibətə daha açıq hala gəlir. Bu məqsədlə sinir və əzələ gərginliyinizi azaldacaq fəaliyyətlərlə məşğul olun. Məsələn, yoqa, nəfəslə dərin boşalma məşqləri sizə fayda verə bilər.


4. Düşüncələrinizi sərbəst buraxın

 

Əvvəlcədən sizə qəribə və edə bilməyəcəyiniz kimi görünən şeylərin olmadığını, sağlam və normal cinsi münasibətlə bağlı heç bir qadağa və qorxu olmadığını düşünün. Başqalarını ağlınızdan çıxarın. Bu mərhələdən sonra xəyallarınızı təkrar gözdən keçirin. Bununla yanaşı, xüsusilə yumordan faydalanın, cinsi zarafatlar oxuyun, araşdırın. Sizi həm zehni, həm də fiziki olaraq təhrik edən şeylər haqqında düşünün. Gündəlik həyatda sizə zövq verən fəaliyyətləri yadınıza salın və bunların cinsi həyatınıza bənzər nöqtələrini tapın.


5. Cinsi həyatla bağlı fikir mübadiləsi aparın


Cinsəllik mövzularında həyat yoldaşınız və etibar etdiyiniz dostlarınızla fikir mübadiləsi aparın. Onların fantaziyalarını, gözləntilərini və macəralarını dinləyin. Lakin əsla unutmayın ki, onların çoxu şişirdilmiş və olduğundan çox daha bəzəkli şəkildə danışılmış ola bilər. Sizə şişirdilmiş kimi gələn məqamları öz həqiqətlərinizlə müqayisə edin. Əgər həyat yoldaşınız və dostlarınızla paylaşa bilmirsinizsə, bir psixoloqa müraciət edin. Proqnoz, arzu və ya problemlərinizi onunla paylaşın və fikirlərini öyrənin.


6. Tərəf müqabilinizdən gözləntilərinizi dəqiqləşdirin


İlk 5 mərhələni tamamladınız. Cinsi həyatda tərəf müqabilinizin sizə uyğunlaşması  utancaqlığınızı məğlub etmək üçün çox əhəmiyyətli məqamdır. Çünki düzgün olmayan və təsadüfi tərəf müqabili seçimi bütün bu mərhələlərin əvvəlinə qayıtmağınız və özünüzə inamınızın itməsinə səbəb ola bilər. Buna görə bir kağız, qələm istifadə edərək və mütləq yazaraq, gözləntilərinizi qeyd edin. İdeal tərəf müqabilinizi təyin edin və bu tərəf müqabilinə  ən çox bənzəyən kəslərlə yaxınlaşın. Əgər son 6-cı maddəni tamamladınızsa, yeni və xoşbəxt cinsi həyatdan zövq almağa başlayın.  (aile.lent.az)


loading...
Oxşar xəbərlər