Orqazm ola bilməyən qadınlar üçün: G nöqtəsi necə böyüdülür?
Cinsi əlaqədən kifayət qədər zövq ala bilməyən və ya daha çox zövq almaq istəyən qadınlara G nöqtəsi böyütmə əməliyyatı tətbiq edilə bilər. Bunu Türkiyənin qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Tez Comərd bildirib.
Həkimin G nöqtəsi böyütmə əməliyyatı haqda fikirlərini təqdim edirik.
Klitor qadınlarda vaginanın üstündə olan, qadının genital quruluşunda labia minor (daxili dodaq) adlandırdığımız yerin üst birləşməsindəki erektil orqana deyilir. Funksiyası cinsi həzz alınmasıdır. Üzərində təxminən 4000 sinir mövcuddur. Bu rəqəm bütün orqanlardakı sinir hüceyrələrindən daha çoxdur. Qadınların G nöqtəsi ilə birlikdə ən çox həzz aldıqları bölgədir: "G nöqtəsi vagina içindəki ən həssas quruluşdur və alman ginekoloq Ernest Grafenberq tərəfindən keşf edilib. Qadın vaginasının üst hissəsində 3-4 sm içində, bəzən əllə hiss edilə bilən, süngər hissəsi 1-2 sm diametrində sərt bir bölgədir. G nöqtəsinin oyandırılması qadında fərqli bir həzz yaradar. Yaxşı və keyfiyyətli bir orqazmın arxasında anlayış, səbr və uyğunlaşma qədər G nöqtəsinin oyandırılması da əhəmiyyətlidir. Hər bir qadında G nöqtəsi var və fərqli anatomik lokalizasiyalarda yer ala bilər”.
G nöqtəsi niyə böyüdülür?
Həkim bildirir ki, cinsi əlaqə zamanı kişi bu nöqtəni pozadan asılı olaraq daha az oyandıra bilər. Cinsi münasibət zamanı ifraz edilən estrogen hormonu ilə vagina tavanı qalınlaşar: "Onsuz da daha sərt olan bu bölgənin incəlməsi və həssaslaşması daha yavaş baş verir. Bu halda G nöqtəsini daha diqqətə oyandırmaq, bu müddətini azaltmaq, cinsi əlaqədən alınan həzzi artırmaq üçün G nöqtəsi böyütmə əməliyyatları edilə bilər”.
G nöqtəsini böyütmə kimlərə tətbiq edilir?
G nöqtəsi böyütmə əməliyyatı, cinsi əlaqədən kifayət qədər zövq ala bilməyən və ya normal zövq alıb, lakin daha çox zövq almaq istəyən bütün qadınlara tətbiq edilə bilər. Həkim G nöqtəsinin necə büyüdülməsindən də danışıb: "G nöqtəsinin necə büyüdülməsi lokal anesteziya ilə, G nöqtəsinin olduğu bölgəyə dermal inyeksiya formasında tətbiq edilir. Əməliyyat təxminən 5 dəqiqə davam edir. Əməliyyatdan dərhal sonra xəstə normal həyatına davam edə bilər”.