Yeniyetmələrdə ilk cinsi əlaqə nə zaman yaşanmalıdır?

loading...

Yeniyetmələrdə ilk cinsi əlaqə nə zaman yaşanmalıdır?

Yeniyetmələrdə cinsi əlaqənin nə zaman yaşanacağı müasir zamanın önəmli mövzularından biridir. Yeniyetmə övladı olan ailələr də bu mövzuda xeyli narahatlıq keçirirlər. Elə isə ilk cinsi əlaqə nə zaman yaşanmalıdır? Yetkinlik dövrü ilk cinsi təcrübə üçün uyğun vaxtdırmı? 

 

 

Yeniyetmələr tez bir zamanda böyümək istəyirlər. Xüsusən də 15 yaşdan kiçik yeniyetmələr üçün sanki zaman keçmir. Onlar tezliklə böyümək və böyüklərin etdiyi hər şeyi təkrarlamaq istəyirlər. Evdən kənarda keçirdikləri vaxt, dostlarıyla danışmaq, dərslərə hazırlaşmaq vaxtları kimi... Onlara  qoyulan bütün məhdudiyyətlərdən böyüdükdən sonra xilas olacaqlarına inanırlar. İlk cinsi əlaqə isə yeniyetmələr üçün xüsusən böyük əhəmiyyət daşıyır. Oğlanlar üçün kişi olmaq, bunun "kişiyana” tərəfi çox əhəmiyyət kəsb edir. Bu təcrübə kişi olmanın ən əsas göstəricisi və məğrurluq qaynağı hesab edilir.

 

 

Yeniyetmə qızlar bu mövzuda oğlanlara nisbətən daha fərqlidirlər. Onlar üçün bu mövzu daha bağlı yaşadıqları, utandıqları və əksəriyyətinin də üzərində daha nadir düşündükləri bir mövzudur. Amma yenə də onlar üçün də qarşıda yaşayacaqları ilk cinsi əlaqə təcrübəsi çox önəmlidir. Yeniyetmə qızlar üçün ilk cinsi təcrübə daha "emosional” məna daşıdığına görə, həmin şəxsi "sevdiyim insan” deyə adlandırırlar.

 

Qızlar ilk cinsi təcrübələri ilə əlaqədar müsbət hisslər yaşasalar da, bu hisslərə günahkarlıq, utanma, qorxu və qayğı da yoldaşlıq edir. Bu da onun göstəricisidir ki, qızlar üçün ilk cinsi təcrübə kişilərdən fərqli olaraq, daha çox məna ifadə edir. Beləliklə də, cinsəlliklə bağlı cinslər arasında ayrı-seçkilik və uçurum yeniyetmə vaxtlarında başlayır və getdikcə artır, dərinləşərək davam edir.

 

 

Elə isə ilk cinsi təcrübə nə zaman yaşanmalıdır?

 

Bu sualın cavabı çox sadədir: bədən və hisslər buna hazır olduqda. Bu nə deməkdir? Yeniyetməlik dövrü ilk cinsi əlaqə üçün elə də uyğun zaman olmaya bilər, çünki yeniyetməlik hər baxımdan riskli dönəmdir. Cinsi münasibətlərdə risk isə cinsi yolla keçən xəstəliklər, erkən hamiləlik və insanda meydana gələ biləcək mənfi ruhi təsirlər deməkdir. Yeniyetmə vaxtlarda sağlam cinsi münasibətlər yaşanmır. Sağlam cinsi münasibət üçün fiziki böyümənin tamamlanması, yəni, yeniyetməliyin bitməsi və mənəvi olaraq bu məsuliyyəti daşımaq əsas meyarlardır. İlk cinsi əlaqə üçün qarşılıqlı təsdiq, "xeyr”lərə hörmətlə yanaşmaq və peşman olmayacaq bir vaxtda yaşamaq daha doğrudur. Böyüdüyünü sübut etməyin tək yolu cinsi əlaqə yaşamaq deyil. Cinsəllik sadəcə cinsi əlaqə deyil. Cinsi əlaqə yetkin davranışıdır, yəni, məsuliyyət tələb edir. Birləşmə olmadan yaşanacaq cinsi paylaşımlar, masturbasiya, qarşılıqlı masturbasiya isə yeniyetmələri peşman ola biləcəkləri bir çox davranış və xəstəliklərdən qoruyur.


loading...
Oxşar xəbərlər