Cinsi həyatınıza ehtiras və həyəcan qatın - 4 QIZIL QAYDA
Cinsi həyatınıza bir az da ehtiras və həyəcan qatmaq istəyirsinizsə, bu 4 qızıl qaydanı mütləq bilməlisiniz. Ürəyinizi sıxan məsələləri yataqdan kənarda saxlayın Seksdən əvvəl canınızı sıxan məsələləri müzakirə etməyin. Gündəlik həyatda onsuz da həm sizin, həm də sevdiyinizin canını sıxan hadisələr yetərincə çoxdur. Bu halı dəyişdirmək üçün yatağa girmədən əvvəlki həyatınızı olduğu yerdə buraxın və zövq dolu anlar yaşamaq üçün o ana diqqətinizi yönəldin. Seksual alt paltarlarını sonuna qədər istifadə edin Gözə xitab etmək hər şeydən əvvəl gəlir. Dağınıq ortam olsa da, seksuallıq fərqli olacaq. Bədəninizə tam uyğun bir seksual alt paltarı geyinin. Təmizlik və bədən qoxusu da mühümdür Hər şeyi kənara qoyub seksuallığı və həyəcanı təmizliklə də təmin edə bilərsiniz. Tər, siqaret kimi qoxular sevdiyinizi sizdən uzaqlaşdırmaq üçün mühüm amillər sırasındadır. Bunun üçün təmiz bədən üzərinə gözəl bədən qoxuları istifadə edin. Həssas nöqtəyə toxunun Hara necə toxunmanız sevdiyinizi nə qədər yaxşı tanımanızla bağlıdır. Bu kəşfə çıxmaq sizə də, sevdiyinizə də zövq verəcək. Ən əsası o nöqtəni tapdıqdan sonrakı andır.