Xoşbəxt bir cinsi həyat üçün nə etmək lazimdir?

loading...

Xoşbəxt bir cinsi həyat üçün nə etmək lazimdir?

Çox vaxt cinsi əlaqə əsnasında tam olaraq əlaqəyə köklənə bilməmək cinsi problemlərin yaranmasına səbəb olur. Buna görə də sevişərkən bütün düşüncələri yataq otağının xaricində buraxmaq lazımdır. Xoşbəxt bir cinsi həyat üçün "yatağa çılpaq girmək" lazımdır. Yatağa çılpaq girmək dedikdə, təkcə soyunmaq nəzərdə tutulmur. Burada söhbət yatağa paltarları çıxardaraq girməkdən deyil, mənfi, pis düşüncələri yataq otağının qapısının kənarında qoymaqdan gedir. Qayğısız seksi üçün tövsiyələri ilə tanış olun.

 

 

O ana köklənin

 

Cinsi əlaqə qadın və kişinin paylaşdığı çox xüsusi bir andır. Əhəmiyyətli olan bu anın nə qədər davam etməsindən asılı olmayaraq cinsəlliyi tam mənasıyla yaşamaq, edilənlərə köklənmək, ruh və bədənlə orada ola bilməkdir. Çünki cinsilik yalnız fiziki bir hərəkət deyil, bir-birini sevən və arzulayan iki insanın arasında yaşanan əlamətdar bir vəziyyətdir. Cinsəllikdə kişi və qadının psixologiyası, o ankı ruh halı, cinsəlliklə əlaqədar mənfi duyğu və düşüncələrə sahib olub-olmaması, özünü və bədənini sevməsi, tərəf müqabilinə qarşı duyğuları, sevişərkən rəftarı əhəmiyyətlidir. Bütün bunları düşünərək yatağa girən insan cinsəllikdən həzz ala bilməz. Bu səbəbdən də cinsəllik yaşanacağı zaman yalnız müsbət şeylər düşünmək, beyini bağlamaq və yalnız tərəf müqabili ilə keçiriləcək gözəl anlara diqqət yönəltmək lazımdır.

 

Mənfi düşüncələrdən təmizlənin  

 

Eynilə duşa paltarlar çıxardılaraq girildiyi kimi, sevişmək üçün yatağa girən zaman da mənfi düşüncələrdən təmizlənməkdə fayda var. Geyimlə duş aldıqda bədən təmizlənməz, eynilə yatağa da mənfi düşüncələrlə girdikdə toxunma və sevişmənin verdiyi həzzi yaşaya bilməzsiniz. Yalnız penis-vagina birləşməsi reallaşar. Bu da cinsi problemlərin meydana gəlməsinə və davam etməsinə yola açar.

 

Beyninizi bağlayın

 

Cinsəlliklə əlaqədar mənfi duyğu və düşüncələr, cinsi əlaqə əsnasında beyni bağlamamaq, özünü qəraqdan bir tamaşaçı kimi izləmək, hadisəyə özünü qatmamaq kimi səbəblər bir çox problemlərə gətirib çıxarır. Xüsusilə kişilərdə sərtləşmə problemlərinə və erkən boşalmağa, qadınlarda da orgazm olmamağa və zamanla cinsi istəksizliyə yol açır. Qadınlar ümumiyyətlə, cinsi əlaqə əsnasında o ana fokuslanmaq və həzz almağa çalışmaq əvəzinə, necə göründükləri, necə qoxuduqları, bədənlərinin kifayət qədər təmiz olub-olmaması, tərəf müqabillərinin onları cazibədar hesab edib-etməməsi və s. kimi mövzuları düşünürlər. Bu cür düşüncələr də orqazma mane olur. Kişilər də cinsi əlaqə əsnasında zövqdən çox performanslarının yaxşı olub-olmamasına diqqət yetirir və bu da yenə kişinin sərtləşmə problemi və ya da erkən boşalma yaşamasına səbəb olur.

 

Rahat olun

 

Cinsi əlaqədən əvvəli rahatlamaq çox əhəmiyyətlidir. Bunun üçün bəzi boşalma və nəfəs məşqləri tətbiq edin. Otohipnoz CD-ləri rahatlamaq və müsbət düşünmək üçün faydalı ola bilər.

 

Sevişərkən danışın, həzz alın

 

Bütün fikri tərəf müqabilinə yönəltmək, cinsəllikdən danışmaq, sevişməzdən əvvəl mühitdə bəzi dəyişikliklər etmək, birlikdə sevdiyiniz içkiləri içmək, romantik anlar keçirmək, gözəl bir yemək yemək və ya filmə baxmaq cütlüyün cinsi əlaqəyə girməsinə zəmin yaradar.  Çünki cinsəllik rahatlanmaq və boşalmaq halıdır, diqqəti sevişmənin və toxunmanın verdiyi həzzə yönəltmək, həzz alıb həzz verə bilmək, ruhu və bədəni paylaşa bilmək, hər nə olursa-olsun boşala bilmənin elmi və sənətidir. (lent.az)


loading...
Oxşar xəbərlər