Yayın TƏHLÜKƏLİ XƏSTƏLİYİ – UŞAQLARIMIZI NECƏ QORUYAQ?
Yay fəslinin başlamasıyla isti havada yeməklərin daha tez xarab olması və qidalanma vərdişlərinin dəyişməsi səbəbindən hər yaş qrupunda ortaya çıxan ishal problemi tez-tez müşahidə edilir. Mütəxəssislər bildirir ki, ishal, hətta ölümə səbəb olur. İnsan həyatına son qoyan ishalın səbəbi isə daha çox su və mineral itkisindən qaynaqlanır. Bununla yanaşı, qidalanma vəziyyətinin yaxşı olmaması da ishal və ishalla bağlı ölüm riskini artırır. Ona görə də xüsusən uşaqlarda ishalla bağlı qusma, qarın ağrısı, qızdırma müşahidə edilərsə, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Türkiyəli uşaq həkimi Fatih Mertin uşaqlarda ishal halları ilə bağlı fikirləri və valideynlərə məsləhətləri ilə sizi tanış edir. O, uzun müddət saxlanılmış qidalar, uyğun formada hazırlanmamış konservləşdirilmiş məhsullar, yaxşı bişirilməmiş qida və qaynağı müəyyən olmayan içmə suyunun içərisində mikrobları saxlayaraq ishala səbəb ola biləcəyini vurğulayır. Həkimin sözlərinə görə, kiçik uşaqlarda ishal, xüsusilə qusduğu zaman su itkinlərinə yol açır, kifayət qədər su verilmədiyi təqdirdə isə ölümə səbəb olar: "Buna görə qusması olan uşaqlara bol su içirmək lazımdır. Bununla yanaşı, əlavə olaraq yağsız şorba, düyü suyu və yağsız südlə hazırlanmış pudinq, ayran, alma suyu kimi mayelər susuzluğun qarşısını almaq, eyni zamanda kalori ehtiyacını qarşılamaq üçün verilə bilər. Altı aydan kiçik və hələ əlavə yeməklə qidalanmayan körpələr çox əmizdirilməlidir. Körpəyə fasilələrlə qaynadılmış ilıq su da verilə bilər. Eyni zamanda, xüsusilə uşaqlarda bağırsaq infeksiyaları, qida zəhərlənməsi, diş çıxarma, bəzi qidalara qarşı həssaslıq, lazım olduğundan çox meyvə suyu verilməsi, antibiotik müalicələri və üst tənəffüs yolu infeksiyaları da ishala gətirib çıxara bilər”. İshalla birlikdə qarın ağrısı, ürək bulanması və qızdırma da müşahidə edilə biləcəyinə deyən F. Mert ishal nəticəsində həddindən artıq su və duz itkisi ilə bağlı olaraq ürəkdə ritm pozuqluğu, böyrək çatmazlığı və şüur itkisinin də ortaya çıxa biləcəyini deyir. Dilin quruması, dərinin parlaqlıq, nəm və yumşaqlığının itməsi, gözlərin göz çuxuruna çökməsi kimi əlamətlər su itkisinin işarəsidir. Bu halda təcili olaraq həkimə müraciət etmək lazımdır: "İlk tədbir olaraq itirilən su və duzun bərpa olunması lazımdır. Bunun üçün 1 litr qaynadılıb soyudulmuş suya 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı süfrə duzu və 1 çay qaşığı karbonat əlavə edilərək qarışdırılır və içilə bildiyi qədər tez-tez içilir. Lakin mikrobun səbəb olduğu ishal dərhal keçmir və 24 saatdan çox davam edir. Bu halda isə dərman müalicəsinə ehtiyac var”.