Qoyun, uşağınız qumla oynasın - MÜHÜM FAYDALARI
loading...
İstirahət mövsümüdür. Böyüklərin beyinlərinin dincəlməsi və uşaqları ilə daha uzun zaman keçirmələri üçün fürsətdir. Dəniz, günəş, qum stressin qarşısını alan ilk ünsürlərdir. Məsələn, çimərliyə getmisiniz və uşaq qumla oynayır. Bu zaman necə davranmalısınız? Bu barədə valideynlərə bəzi məsləhətlər təqdim edirik.
Çimərlikdə vedrə və kürəklə oynayan uşaqların bundan necə xoşlandıqlarını görürük. Ümumiyyətlə, ətraf mühitdən asılı olaraq uşaqlarımız küçədə, bağçada, qum olan yerlərdə oynamalıdır. Müasir dövrdə uşaqlarımız hər cür oyuncağa sahibdirlər. Ancaq asan əldə edilən oyun vasitəsi olan qumdan məhrum olaraq böyüyürlər. Uşaq bağçalarında şərtlərə uyğun olaraq uşaqlar qum görmürlər. Yaşadığımız ərazilərdə də qum olan məkanlar tapmaq asan deyil. Lakin maddi baxımdan ən ucuz əldə edilən qum fayda dəyəri baxımından ən bahalı vasitədir.
İlk növbədə onu qeyd edək ki, qum oyunlarında uşaqlar özlərini rahat ifadə edə bilirlər, özlərini azad hiss edirlər. Yanında heç bir vəsait olmasa belə, qumla müxtəlif oyun ünsürləri yaradırlar. Qumun üstünə uzanaraq və yuvarlanaraq boyları və tutduqları sahə haqqında məlumat əldə edirlər. Qumda yaratdıqları dərinliyin fərqinə vara bilirlər. Əlləriylə qumu götürüb bir əlindən o biri əlinə tökmədən keçirməklə istədiklərini edirlər və diqqət cəmləmə bacarığı qazanırlar. Qumda əl təzyiqləri edə bilirlər və işləyən barmaqlarını sayırlar. Ayaqları ilə də eyni işləri görürlər, əl və ayaqları ilə eyni hissləri yaşayıb-yaşamayacaqları barədə təcrübə qazanırlar. Qumda nəmlilik olduqda bədənə yapışır, quru olduqda axıcı bir quruluşa sahib olduğu üçün aşağıya süzülür. Əlləriylə sanki geniş bir kağız üzərində şəkil çəkirlərmiş kimi şəkil çəkməyə başlayırlar. Xətlər, şəkillər, rəqəmlər yazırlar. Oxşar işləri ayaqda istifadə etməyə çalışırlar.
Qum oyunları hər yaş qrupunun zövq alaraq oynadığı oyunlardır. Eyni zamanda, həm tək, həm də yoldaşları ilə oynana bilirlər. Qaydası olan oyunlar olmadığı üçün uşaq özünü rahatlıqla ifadə edə bilir. Bəzilərinin idarə etməsi və istiqamətləndirməsi olmadığı üçün özü oyun qurur və uşaq idrakı inkişaf qazanır. Uşaqlar qumla oynadıqda xəyal gücünü ən gözəl formada istifadə edə bilirlər. Dostları ilə oynadıqda isə sosiallaşırlar. Tək oynayan uşağın yanına digər uşaq gəldikdə isə dost olurlar. Bu isə utancaqlıq hissini aradan qaldırmağa dəstək olur.
Ən əsası, qumla oynamaq bədənin mikroblara qarşı müqavimətini artıraraq, immunitet sisteminə dəstək olur. Psixoloji olaraq rahatlama duyğusu yaradaraq, stresdən azad edir. Həmçinin, bədənin elektrikini alaraq da bir rahatlama hissi verir. Qumun axma səsini dinləməklə və ya oyun zamanı qumu harasa doldurma, boşaltma, vurma zamanı yaranan səsləri dinləmək, qumu iyləmə kimi fəaliyyətlər hiss etmə qabiliyyətini inkişaf etdirir.
Qum oyunlarında müxtəlif qəliblərdən da istifadə edilə bilər. Qəliblərlə dəyişik həndəsi formalar haqqında məlumat əldə edirlər. Qumun örtdüyü sahə, həcm haqqında məlumatlanırlar. Sudan istifadə edərək qəliblərə rahatlıqla şəkil verilə bilirlər.
Qumla oynayarkən ən çox istifadə edilən vəsait vedrə, bel və kürəkdir. Kürəklə qumu qazıb, bellə vedrəyə boşaltmaq əl-göz kordinasiyasına dəstək olur. Miqdar anlayışı haqqında məlumat əldə edir. Qumla birlikdə psixoloji inkişaf da qazanır. Eyni zamanda, uşaq hərəkət bacarığı əldə edir. Ümumiyyətlə, qumla oynamaq qol və ayaq əzələlərini inkişaf etdirir. Həmçinin uşaqlar iş birliyinə alışırlar, qumla nəsə yaradarkən bir-birlərinə kömək olurlar. Bu isə onları eqoizm duyğularından uzaqlaşdırır.
Bu qədər faydalı bir vasitədən uşaqları mümkün qədər çox faydalandırın. Qum olan yerlərdən qaçmayın. Çünki qum oyunları yalnız yay oyunu olmamalıdır, daha geniş bir zamanı əhatə edərək uşaqların böyümə və inkişafına dəstək verilməlidir. (lent.az)
loading...