Kişilər bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər - 10 davranış

loading...

Kişilər bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər - 10 davranış

Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər. Qadınları kişilərdən soyudan 10 davranışı təqdim edirik.

 

Baxımsızlıq

 

Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz. 

 

Çox qısqancılıq

 

Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir oyadar.

 

Təzyiq göstərmək

 

Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq soyumağa başlayar.

 

Diqqətsiz yanaşmaq

 

Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.

 

Eqoistlik

 

Həssas olan, həmişə diqqət istəyən tərəf qadındır əslində. Ancaq kişinin özünü diqqət  mərkəzinə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.

 

Tələskən olmaq

 

Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən dövrdür.

 

Uzun müddət sekslə məşğul olmamaq

 

Uzun müddət cinsəllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcanla kasıb olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.

 

Qadının istəmədiyi davranışlarda təkid etmək

 

Qadının istəmədiyi davranışlarda təkid etmək onu qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.

 

Cinsi performans təkidi

 

Cinsəllik sevgi və hörmətlə birgə yaşanmalıdır. Cinsəllik sadəcə cinsi orqanlarn birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.

 

Qadının bədənini bəyənməmək

 

Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar.


loading...
Oxşar xəbərlər