Uşağı əmizdirmədən dayandırmaq istəyən analara bəzi məsləhətlər
Məlumdur ki, ana südü ilk 6 ay körpənin ehtiyaclarını 100 faiz qarşılayır. Altıncı aydan sonra ana südü sürətlə böyüyən körpənin fizioloji ehtiyaclarını qarşılamır, buna görə artıq əlavə qidalara başlamaq lazımdır. Bu dövrdən sonra əmizdirməyə davam etmək ana və körpə arasındakı bağı davamlı qüvvətləndirir və körpənin psixoloji inkişafına müsbət təsir göstərir. Əmizdirməni dayandırmaq istəyən analara bəzi məsləhətlər veririk. Uzun müddət ana südü qəbul edən körpələrin daha az xəstələndikləri, xəstəlikləri daha yüngül keçirdikləri sübut olunub. Əmizdirmə dövrünün uzanması tək uşaqların sağlamlığı deyil, ananın da ruh sağlamlığına müsbət təsirləri var. Ancaq uşağı lazım olandan daha çox əmizdirmək isə əlavə qidalara keçiddə çətinlik yaradır, yeməkləri udma və çeynəmə bacarığının inkişafına mənfi təsir edir. Əmizdirmənin nə zaman və doğru formada dayandırılması ilə bağlı mütəxəssislərlə birlikdə qərara vermək məsləhətdir. Belə olduqda yaranan səhvlərin minimuma endirilməsini təmin edərsiniz. Əhəmiyyətli olan uşaqların ruhən və cismən sağlam fərdlər olaraq cəmiyyətə qazandırılmasıdır. Əmizdirməni dayandırmaq üçün doğru zaman Döşdən kəsmə dövrü bir çox ananın emosional yaşadığ müddətdir. Unutmayın ki, bu dövrdə ana da ən az körpə qədər yorulur. Bu müddətdə qərarlı davranmalısınız. Qərarsızlıq və davamlı yenidən başlamalar uşağa da mənfi təsir edir. Əgər əmizdirməyi dayandırmağı sınadınızsa və heç bir formada müvəffəqiyyət qazanmadınızsa, bəlkə də bu, körpə üçün uyğun zaman deyil. Əmizdirməni tərgidərkən bunları edin Körpəni ana südündən ayırarkən onun emosional zədə yaşamasını istəmirsinizsə, bunları edin: • Əmizdirməyi dayandırmaq qərarına gəlmisinizsə, lakin buna əmin deyilsinizsə, mənfi hallar yaşamamaq üçün mütləq həkiminizə məsləhətləşin. • Əmizdirmək altıncı aydan sonra körpə ilə ana arasında bir əlaqə halına gəlir. Əmizdirmə müddətini ani bitirmək körpə üçün travmatik ola bilər. Bu səbəbdən də yavaş-yavaş və alışdıraraq sonlandırın. • Əmizdirməni ani və erkən bitirmək yalnız körpəyə deyil, anaya da təsir edir. Süd yığılmasına bağlı həddindən artıq gərginlik, hətta mastit ola bilər. Ana bu vəziyyətdə döşlərini sağaraq boşaltmalıdır. • Əmməni vərdiş halına gətirən körpəni ana südündən ayıranda artıq ananın onu sevmədiyini, onu tərk etdiyini düşünə bilər. Bu dövrdə ətrafınızdakı insanlar sizi əvvəlkindən daha çox dəstəkləməlidir. • Əmizdirməni tərgitmə müddətində körpənin həyatında hər hansı bir stress (ananın işə başlaması, yeni dayə, xəstəlik, diş çıxartma dövrü) varsa, bu cəhdiniz müvəffəqiyyətsiz ola bilər. • Əmizdirməyi tədricən, pillə-pillə tərgitməlisiniz. İlk olaraq günorta yeməyi kəsilə bilər. Ən son gecə qidalanması tərgidilməlidir. Bir pay kəsildikdən 2-3 gün sonra digər pay kəsilməlidir. Kəsilən pay əvəzinə uşağa sevdiyi başqa bir qidanı verərək əmizdirməni unutdurmağa çalışın. • Əmizdirmə sayını azaldarkən müddətləri də azaltmağa çalışın. • Əmizdirmə körpə üçün sanki bir ritualdır. Bu ritualda da dəyişiklik edilə bilər. Əmizdirmə əsnasında vərdiş edilən şeyləri dəyişdirə bilərsiniz. Fərqli otağa keçmə, hər zaman vərdiş etdiyi döşəyi dəyişmək və s. • Gecə yatan zaman qaydaları dəyişmək üçün ana yox, ata körpənin yanına gedə bilər. Bəzən su, bəzən də sevgisini verə bilər. Gündüz ana ətrafında olmadıqda atasının yemək verməsi faydalı ola bilər. • Əmmək istədiyi zamanlarda diqqətini xoşuna gələn bir fəaliyyətə yönəldə bilərsiniz. Danışmağı anlayacağı yaşda isə danışaraq bir sonrakı səfərə təxirə sala bilərsiniz. (lent.az)