Bu xəstəliklər zamanı təkrar qeysər kəsiyi mütləqdir

loading...

Bu xəstəliklər zamanı təkrar qeysər kəsiyi mütləqdir

Həkimlər qeysər kəsiyi haqqında danışanda, artıq çoxdandır ki, insanlar daha təəccüblənmirlər. Belə operativ müdaxilə sayəsində bir çox qadınlar uşaq dünyaya gətirə bilmişdirlər. Lakin bu üsul nə qədər yaxşı görünsə də, istənilən başqa əməliyyatlarda olduğu kimi, onun da öz müsbət və mənfi cəhətləri vardır. Əgər qadın qeysər kəsiyinin köməyi ilə doğmuşdursa, onda onun qarşısına sual çıxır - növbəti doğuş hansı şəkildə keçəcək? Vəqeysər kəsiyindən sonra mütləqmi daha bir qeysəriyyə keçirilməlidir?

 

Əvvəllər hesab edilirdi ki, növbəti doğuş yalnız əməliyyat yolu ilə tamamlana bilər. Və qadının ikinci doğuşu zamanı və artıq ona iki dəfə qeysər kəsiyi edilmişdirsə, onda əksər hallarda həkimlər ona sterilləşməni təklif edirdilər ki, yeni hamiləliklər baş verməsin. Bu gün həkimlər tərəfindən belə təkliflər daha edilmir və bundan başqa onlar deyirlər ki, qeysəriyyədən sonra müdaxiləsiz sağlam uşaq dünyaya gətirmək tamamilə real bir məsələdir. Çox hallar olub ki, qadınlar qeysər kəsiyindən sonra təbii yolla bir neçə uşaq dünyaya gətiriblər. 

Bu gün qeysər kəsiyinə bir qədər başqa cür yanaşırlar, nəinki bir neçə onilliklər bundan əvvəl. Əgər hər şey düzgün yerinə yetirilsə, qeysər kəsiyinin köməyi ilə 10 uşaq da dünyaya gətirmək olar. Ancaq həm hamiləliyin, həm də doğuşun normal keçməsi üçün bir necə sadə şərtləri yerinə yetirmək lazımdır. Ən əsas şərt odur ki, hamiləliklər arasında abortlar olmasın və bir doğuşdan o biri doğuşa qədər ən azı 3-4 il keçsin. Bu müddət ərzində uşaqlıq tam bərpa olunacaq, tikişlər isə bitişəcəkdir. 

Həmçinin, hamilə qadının təbii doğuşa köklənməsi vacib şərtdir, bunun birinci və ya onuncu doğuş olmasından asılı olmayaraq. Şübhəsiz ki, bu, həmişə biz istədiyimiz kimi olmur və bəzi hallarda qeysəriyyəsiz keçinmək olmur. 

 

Təkrar qeysər kəsiyi üçün göstərişlər

 

Mütləq göstəricilər onlardır ki, qadın nə birinci, nə də sonrakı hallarda təbii yolla doğuş keçirə bilmir. Həmçinin, həkimlər əməliyyat üçün nisbi göstəricilər haqqında da danışırlar, hansılar ki, bəzən birbaşa təbii doğuş zamanı meydana gələ bilər. 

- Anatomik və ya kliniki cəhətdən çanağın dar olması. Belə diaqnoz zamanı qeysər kəsiyindən qaçmaq praktiki olaraq mümkün deyil. Halbuki, bir çox Avropa ölkələrində, hətta belə diaqnozla da qadınların əksəriyyəti operativ müdaxiləsiz doğmağa müvəffəq olurlar. 
-  Çanaq sümüklərinin deformasiyası və qasıq sümüklərinin ayrılması; 
-  Anada onkoloji xəstəliklər; 
-  Dölün düzgün istiqamətdə yerləşməməsi; 
-  Uşağın çox böyük ölçüləri; 
- Ciftin düzgün istiqamətdə yerləşməməsi və ya vaxtından əvvəl ayrılması. Xüsusilə də bu, uşaqlıqda əvvəlki əməliyyatlardan qalan kəsiklərin olduğu halda təhlükəlidir. 

Həmçinin, uşaq tərəfindən də hipoksiya və zəif doğuş fəaliyyəti kimi problemlər meydana gələ bilər. 

 

Qeysər kəsiyi zamanı ana və uşaq üçün təhlükə

 

Həkimlər həmişə xəbərdarlıq edirlər ki, qeysər kəsiyi bir əməliyyatdır və o, həm ana, həm də uşaq üçün təhlükəli ola bilər.

 

Əgər birinci doğuş zamanı sizə qeysər kəsiyi edilmişdirsə, onda təkrar hamiləliyə əvvəlcədən və dəqiqliklə hazırlanmaq şərtdir. Eyni zamanda təbii doğuş variantını da nəzərdən keçirmək lazımdır. Əlbəttə, bu halda ən müxtəlif qorxular yaranır, cırılmalar kimi, amma hətta bu halda da həm ananı, həm də uşağı xilas etmək tamamilə mümkündür. Və bu gün həkimlər artıq dəfələrlə bunu sübut ediblər. Buna görə də əsəbiləşmək və heç bir halda özünü təkrar analıq sevincindən məhrum etmək lazım deyil. (ginekoloq.az)


loading...
Oxşar xəbərlər