Şalvarın düyməsi bağlanmırsa... - Hamilələrə praktik məsləhətlər
Hamiləlik boyu geyimdən tutmuş hərəkət etməyə qədər bir çox çətinliklər yaşanır. Yaradıcı hamilələr həyatı asanlaşdıran praktik çıxış yolları axtarıb tapıblar. Internetdə yayılan həmin türkə çarə üsulları sizə təqdim edirik. - Hamiləlikdə düyməsi bağlanmayan şalvarlarınızın belini şəkildəki kimi bağlayın - Hamilə bloggerlərdən biri idman bantlarının ağrıları azaltdığını deyir. - Buzlu dondurmalar susuzluğu aradan qaldırar. Eyni zamanda mədə və ürək bulanmasına da yaxşı təsir edir. - Bəzi ana namizədləri səhərlər ürək bulanmasını aradan qaldırmaq üçün yataqlarının yanında kreker saxlayırlar və səhər oyanan kimi atışdırırlar. - Qarnınız böyüdükcə bəzi əşyalara əliniz çatmır. Əliniz çatmayan əşyalar üçün mətbəx maşalarından istifadə edə bilərsiniz. - Beliniz genişləndikcə şalvarlarınızın düyməsi bağlanmadığı üçün belinizə bəzəkli karset tikərək geyinə bilərsiniz. - Bahalı hamiləlik büstqalteri almaq əvəzinə əlavə ipliklər alın. - Hamiləlik yastığınızı da evdə özünüz tikə bilərsiniz. - Hamilələrin bel və çiyin ağrılarını dairəli şar da yumşaldır. - Ürək bulanmasının qarşısını alan yoqa hərəkətləri ilə tanış olun. - Bəzi hamilələr Hindistan qozu yağının bişməcəyə yaxşı təsir etdiyini deyir. - Yay aylarında büstqalter taxmaq işgəncə halına gələ bilər. Döşlərinizi bir az sərinlətmək üçün büstqalterinizi soyuducuda soyuda bilərsiniz. (aile.lent.az)