UZUNömürlülüyün SİRRİ Tapılıb!
Aile.fenomen.az saytı məlumat verir ki,
Daniyadan olan tibb işçiləri insan uzunömürlülüyünün sirrinin üstünü açıblar.Onlar sübut ediblər ki, insan ömrünün uzunmüddətli olmasına cütlüklərin bir – birinə qarşı olan münasibətlərinin də böyük təsiri var.
Onu da qeyd etmək laımdır ki, idmanla məşğul olaraq və sağlam qidalanaraq da ömrü uzatmaq mümkündür.Lakin, uzunömülülüyün sirri yalnız bunlarla kifayətlənmir.
Tədqiqat aparan bir qrup mütəxəssislər təkid edirlər ki, ahıl yaşa çatıb qocala bilməyin ən böyük yolu keçirdiyin ömür yolunda münasibətlərində yaşadığın anlayış və harmoniyadır.
Belə nəticəyə gəlmək üçün mütəxəssislər böyükmiqyaslı könüllülər toplusu içərisindən sorğu keçirməli olublar.
Uzun illər ərzində bununla yanaşı ekspertlər iştirakçılsrın sağlamlıqları ilə də maraqlanıb və dəyərləndirmişlər.
Bütün bu müşahidə və ekpertizaların
sonunda sübut olunub ki, tez – tez mübahisə edən cütlüklərin ürək – damar problemi
və ölüm halları daha stabil münasibət yaşayan cütlüklərlə müqayisədə 2 – 3 dəfə
daha artıq problem yaşayırlar.
Məhz elə buna görə də mütəxəssislər
cütlüklərə yalnız sağlam və düzgün həyat tərzi keçirməyi deyil, eləcə də öz
birgə həyat yollarında sakit, harmoniyalı və stabil həyat sürməyi məsləhət
görürlər.