Qadınlar Necə Kişilərə Üstünlük Verirlər ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Bütün kişilər qadınların xoşuna gəlmək istəyərlər.Məlumatımızda sizə bu haqda məlumat verməyə çalışacağıq.
Nostalji dövrü çoxdan ötüb keçsə də, demək olar ki, qadınların əksəriyyəti serenadalar oxuyan, güllər - çiçəklər hədiyyə edən və diqqətini xanımına yönəldən kişilərə daha çox üstünlük verirlər.
Lakin, romantika - yalnız gözəl güllər , çiçəklər və şam işığında yemək yemək deyil.
Hər qadın istəyər ki, sevdiyi insan onların ilk tanış olduqları, görüşdükləri, əlamətdar olduqları günləri xatırlasın.
Həqiqətən sevən qadın öz sevdiyi insandan heç vaxt böyük arzular və ümidlər gözləntisində olmaz.Ona sadəcə anidən hədiyyə edilmiş bir ədəd gül yaxud şokolad belə həmin qadını xoşbəxt edə bilər.
" Qadınlar qulaqları ilə sevirlər " bu sözlər əbəs yerə söylənilməyib.Onlara gözəl sözlər söyləməkdən usanmayın.
Qadınlar ən az kişilər qədər özününküləşdirməyi sevirlər.Onlar istəyirlər ki, sevdikləri şəxs yalnız onlara məxsus olsun.