Kişinin həyat yoldaşını aldatdığını göstərən 12 əlamət
Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib. Mehmet Başkakın sadaladığı həmin 12 əlaməti təqdim edirik.
1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri, bədənində cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu… Səhər başqa alt paltarıyla gedib axşam başqasıyla dönənlər. Xüsusən də bütün bunlar bir dəfədən çox baş veribsə…
2. Xarici görünüşünə həddindən çox fikir verir? Bəlkə daha yaxşı geyinir, bəlkə birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq məşqlərinə başlayır, hər dəfə istifadə etdiyi ətri qəfil dəyişir, geyim tərzi başqalaşır…
4. İş yerindəki yoldaşına qarşı marağı birdən-birə artır. Əvvəllər heç olmadığı qədər tez-tez ondan bəhs edir və ona kömək etmək istəyir. Hətta bu qadına həddindən çox kömək edir. Belə vəziyyətdə siz özünüzü əzilmiş hiss edirsiniz.
7. Əriniz sizi qısqanc, ya da dəli, paranoik və s. olmaqda günahlandırır. Qabaqdan gəlmişlik etmək partnyorlarına xəyanət edənlərin ən sıx istifadə etdiyi silahdır. Sizi özünüzdən şübhələnməyə sövq edəcək bəzi bəlli taktikaları var. Əgər normalda qısqanc biri deyilsinizsə, o zaman daxili səsinizə güvənin.
8. Əriniz sizə sms mesajlarını və mail-lərini göstərir. Aldatma mövzusunda peşəkarlaşmış kişi başqa qadınlarla görüşmək üçün başqa mobil telefondan istifadə edəcək mütləq. Bu, e-mail-lərə də aiddir. Sosial media mesajlarına gəlincə isə, axmaq biri deyilsə, təbii ki, orada sizi aldatdığını ələ verəcək hansısa ipucu paylaşmaz.
11. İş yoldaşlarınızın, dostlarınızın və ailə üzvlərinizin xəbərdarlıqları, atmacaları da önəmlidir… Ehtimal ki, insanlar yaxşılığınızı istəyir və sizin bilmədiyiniz şeyləri bilirlər.
12. Daxili səsiniz ərinizin sizi aldatdığını sanki hayqırır. Bəlkə bunu sübut etməyə bir dəlil tapa bilmirsiniz. Amma bu, daxili səsinizin söylədiyinin yalan olduğu anlamına gəlməz.
Bütün bu maddələrdən sadəcə bir, ya da ikisi tək başına bir şey ifadə etməyə bilər. Ancaq sadalananlardan ən az yarısını sezmisinizsə, deməli, xəyanətin ciddi işarələrini əldə etmisiniz. (lent.az)