Bəylərin Aşiq Olduğunu Necə Anlamaq Olar ?
Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.
Bu məsələ yəqin ki, bir çoxlarının diqqətini çəkəcəkdir.Bir bəyin hər hansı bir xanımdan xoşlandığını, yaxud da aşiq olduğunu necə anlaya bilərik ?
Gəlin, bu məsələyə açıqlama gətirməyə çalışaq.
Sevdiyi xanımın yanında üst – başına çox diqqət edər, tez – tez səliqəyə salar.
Sevdiyi xanımın yanında olarkən bütün diqqəti həmin xanımda olar və tez – tez sürətli şəkildə göz kontaktı qurmağa çalışar və baxışlarını həmin xanımdan çəkməməyə çalışar.
Bəylər sevdiyi xanımla olarkən onunla söhbət etdiyi zaman incə şəkildə ona toxunmaq istər, bir sözlə, canlı təmas yaratmağa çalışar.
Sevdiyinin yanında olarkən bəylər "mən varam” duruşunu sərgiləyən duruşla gəzərlər.
Sevdiyi xanımla danışarkən gözlərini qıyarlar.
Bəylər sevdiyi xanımla danışarkən üzləri qızarar, ovucları tərlər və ürək atışları sürətlənər.
Sevdiyinin yanında bəylər hər kəsə sevimliliklə və mərhəmətlə yanaşar.
Onu gördüyü zaman həyəcanlanarlar, əlləri ayağına dolaşar və nə edəcəyini bilməzlər.
Sevdiyi xanımın ətrafındakı bütün insanlara göz yetirər, olan bəylərə isə xüsusi qısqanclıqla və müdafiə ilə yanaşarlar.