Sakitləşdirici Çay RESEPTLƏRİ
Aile.fenomen.az saytı maraqlı sağlamlıq məlumatları paylaşmağa davam edir.
Çobanyastığı çayı
Bu çay yuxusuzluqdan əziyyət çəkənlərə, əsəbləri gərgin və həyəcanlı, daimi qorxulu vəziyyətdə olan insanlar üçün əvəzsizdir.Əsəbləri sakitləşdirmə təsiri onun tərkibindəki xüsusi maddə olan – apiqenin maddəsinin hesabına baş verir.
Bunlardan da başqa, çobanyastığı çayını içmək baş ağrıları və miqren zamanı da çox faydalı və təsirlidir.
Darçınlı və Almalı çay
Xroniki yorğunluq sindromu zamanı, yuxunun pozulması zamanı, əsəbi və qıcıqlanma zamanı, həmçinin baş ağrıları və apatiya zamanı bu çayın içilməsi tövsiyə olunur.
Almalı və darçınlı çay, stressli gündən sonra yenidən bütün gücün bərpa olunması və fiziki vəziyyətin yaxşılaşdırılması üçün əvəzsiz təsirə malikdir.
Nanəli çay
Nanəli çay rahatlaşmaq, əsəbləri sakitləşdirmək, stresslə mübarizə aparmaq, həm fiziki, həm mənəvi cəhətdən yaxşı hiss etmək üçün çox təsirlidir.Alimlərin sözlərinə görə, nanəli çayın bütün bu təsirləri onun tərkibindəki xüsusi mentol maddəsinin hesabına baş verir.
Qeyd : nanəli çayı həddindən artıq çox içmək olmaz.Çünki, qadınlarda ginekoloji , kişilərdə isə kişi problemlərinə yol aça bilər.
Zəncəfilli çay
Orqanizmin immun sistemini gücləndirməyə yardım edən çaydır.A, C, B1, B2 vitamiləri ilə zəngindir.Bu çayın qəbulu xəstəliklərlə mübarizədə, orqanizmin dayanıqlı olmasında çox faydalıdır.