Ev Şəraitində Qaraciyəri Necə Təmizləmək Olar ?

loading...

Ev Şəraitində Qaraciyəri Necə Təmizləmək Olar ?

 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Bu məlumatımızda sizə qaraciyəri təmizləməyin ən asan yollarından birini göstərəcəyik.Üzümdən hazırlanmış bu dəmləmə sizin orqanizminizdəki bütün biokimyəvi prosesləri aktivləşdirəcək, qanınızı təmizləyəcək və qaraciyərinizi toksin və zəhərli maddələrdən qoruyacaq.


Alarkən üzümün ( kişmişin ) rənginə mütləq şəkildə diqqət yetirin.Bu quru meyvəni seçərkən daha təbii və tünd rəng çalarlı olanları seçməyə çalışın.


Beləliklə, haqqında danışdığımız möcüzəvi resepti hazırlamaq üçün bizə aşağıdakılar lazımdır :


2 st su

150 qr . kişmiş


1. Kişmişi yaxşı – yaxşı yuyun.


2. Suyu qaynamaq vəziyyətinə gətirin və kişmişləri içinə əlavə edin.Təxmini 20 dəqiqəyə qədər kişmişləri bişirin.Sonra isə hazırladığınız qarışımı gecə boyunca soyumağa qoyun.


3. Səhər isə qarışımı bir qədər isidin.


 

Qarışımımız qəbul etmək üçün hazırdır!Onu hər səhər ac qarına için.İçdiyinizdən yarım saat sonra isə artıq səhər yeməyi də yemək olar.Bişirilmiş kişmişi yulaf yarması sıyığına da əlavə etmək məsləhət görülür.Vitaminlərlə zəngin bir səhər yeməyi yemiş olarsınız!


Qaraciyərinizin daha tez və təsirli şəkildə təmizlənməsini istəyirsinizsə, qida rasionunuza başqa təmizləyən məhsulları da əlavə edin.Bunlar, yerkökü, çuğundur, alma, kələm, qara gavalı, ispanaq və sairədir.Bunlardan da başqa menyunuzdan ət və süd məhsullarını bir qədər çıcxarsanız da yaxşı olar.


loading...
Oxşar xəbərlər