QƏBİZLİK - Təsirli Müalicə YOLLARI
Aile.fenomen.az saytı məlumat verir ki,
Qəbizlik - uzun müddət ayaqyoluna çıxa bilməməkdir.Ümumi tibbi normalara görə, bu diaqnoz bir insan 48 saatdan artıq müddətdə ayaqyoluna çıxmazsa qoyula bilər.
Qəbizliyin əsas əlamətləri :
- bağırsağın ən azı həftədə 3 dəfə boşalmasının pozulması ;
- nəcisin ifrazının həcminin azalması ;
- nəcisin quruluşunda ( sərtləşməsi )və formasında dəyişikliyin baş verməsi ( lentşəkilli, buruqşəkilli formada olması ).
Qəbizlikdən əziyyət çəkən şəxslər həmişə xoşagəlməz hisslər keçirirlər.Belə insanlar solğun, qıcıqlanan, pis əhval - ruhiyyəli olurlar.Çox zaman belə insanların yaddaşıda zəifləmə, iş qabiliyyətinin aşağı olması, ümumi vəziyyətləridə isə ürəkbulanma, qusma, zəiflik, başgicəllənmə müşahidə olunur.Bu mənfi hallar isə onunla bağlıdır ki, tez - tez baş verən qəbizlik orqanizmin xroniki intoksikasiyasını yaradır.
Uzunmüddətli qəbizlik halı disbakterioz xəstəliyinin inkişafına, belə halda isə gücəsalma bel yaırtıqlarına və hemorroya səbəb ola bilər.
Qəbizlik problemini aradan qaldırmaq üçün yaranan problemin səbəbini tapmaq və həyat tərzini korrektə etmək lazımdır.Bundan başqa, bağırsağın fəaliyyətini yaxşılaşdırmaq üçün təbii vasitələrdən də istifadə etmək olar.
Ağacşəkilli əzvay ( aloe ) - əzvayın təzə şirəsi işlədici təsiri göstərə bilər.
Adi reyhan - həzm prosesini yaxşlaşdırır.Bunun üçün qarışım hazırlamaq lazımdır.Qarışımı hazırlamaq üçün 1 xörək qaşığı otun üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləməyə qoyun və sonra soyuyana kimi saxlayın.Gün ərzində 2 - 3 dəfə yarım stəkan qədərində içmək lazımdır.