E Vitamini Çatışmazlığı Sonsuzluğa Səbəb Olur...
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
E vitamininin faydaları
E vitamini yağda həll ola bilən və xərçəng xəstəliyinin bir çox növlərinin inkişafının qarşısını alan vitamindir.Tamamilə sağlam olan bir insanın orqanizmində kifayət qədər E vitamini vardır.8 fərqli molekulun birləşməsi ilə əmələ gələn E vitamini yaşıl meyvə və tərəvəzlərin tərkibində vardır.
Vitamin E hüceyrələrin bərpasını təmin edir : tez bərpa olunan hüceyrə isə mövcud yaraların tez sağalmasına yardım edir.O həm də xərçəng hüceyrələrinin də özləri özlərini müalicə etməsini təmin edir.
E vitamini qan dövranını yaxşılaşdırır : orqanizmdə kifayət qədər E vitamini olarsa, o damarların tıxanmasının qarşısını alar və damar sərtliyi kimi bu növ problemlərin əlacı ola bilər.
Göz sağlamlığı üçün vitamin E : Gözlərinizin hər zaman sağlam olmasını istəyirsinizsə orqanizminizdə kifayət qədər miqdarda bu vitamin olmalıdır.Gözlər üçün önəmli olduğu qədər cildiniz üçün də olduqca faydalıdır.
Vitamin E toksinləri orqanizmdən uzaqlaşdırır : demək olar ki, hər dəqiqə orqanizmimizə zərərli maddələlər daxil olur.Bu ziyanlı toksinlərdən orqanizmi mühafizə etmək üçün onun kifayət qədər E vitamini mənbəyi olmalıdır.
Cinsiyyət üçün vitami E : cinsi orqanların fəaliyyətini yaxşlaşdıraraq, bu prosesin normada getməsini təmin edir.Qadınların menstrual siklini qaydaya salır və bu zaman yaşanan ağrı və sancıları azaldır.
Hansı məhsulların tərkibində E vitamini vardır ?
Taxıllarda və taxıl məhsullarında ;
İspanaq, qabaq, kələm, kahı, lobya kimi yaşıl məhsullarda ;
Zeytun və balıq yağında ;
Fındıq, qoz kimi çərəzlərdə ;
Balıqlarda, əsasən ton balığında ;
Yumurta sarısında ;
Pomidor və kartofda.
Orqanizmdə kifayət qədər E vitamini olmadıqda nələr baş verir ?
Kifayət qədər E vitamini olmayan orqanizm qan azlığı və göz xəstəliklərindən əziyyət çəkir.İnsanların orqanizmində kifayət qədər bu vitamin olmadıqda cinsi istəyin olmaması və sonsuzluq kimi cinsi problmlər yaranır.Daha bir maraqlı fakt isə budur ki, vitamin E çatışmazlığından əziyyət çəkən insanların xərçəng xəstəliyinə və ürək xəstəliklərinə tutlmaq riski daha üksək olur.
loading...