Miqrendən qurtulmağın yolu tapıldı - ƏMƏLİYYAT

loading...

Miqrendən qurtulmağın yolu tapıldı - ƏMƏLİYYAT

Ağır baş ağrıları ilə müşahidə edilən ən geniş yayılmış sağlamlıq problemlərindən biri də miqrendir. Milyonlarla miqren xəstəsinin yarısından çoxu ayda ən az 4 dəfə miqren hücumuna məruz qalır. Tutmalar 4 saatdan 3 günə qədər davam edə bilər. Xəstələr isə əsasən qaranlıq otaqlarda miqren şoklarının keçməsini gözləyir. Araşdırmalara görə, miqren ağrılarının şiddəti və yaratdığı psixoloji gərginlik intihara belə səbəb ola bilər. Bu problemdən əziyyət çəkən xəstələr zaman-zaman müalicələr alsalar da, çox vaxt tam olaraq sağlamlıqlarına qovuşa bilmirlər. Lakin türkiyəli estetik cərrah Tayfun Türkaslan bildirib ki, cərrahiyyə əməliyyatı miqrenin şiddətli ağrılarını bıçaq kimi kəsir. Bu üsulun müvəffəqiyyət nisbəti 90% təsdiqini tapıb: "Hər 6 adamdan birinin dərman müalicəsi ilə miqrenlə yaşamaq məcburiyyətində qalır. Bu əməliyyat Türkiyədə çox məşhur deyil, lakin Amerikada 15, 16 ildir tətbiq olunur. Miqrenin cərrahi əməliyyat edilməsi ilə əldə edilən bu müalicə, eynilə uşaq iflici müalicəsinin tapılması kimidir. Tibbdəki ən əhəmiyyətli kəşflərdən biridir”.

 

Həkimin sözlərinə görə, Amerikada çox sayda miqren problemində bu üsul tətbiq edilib. Bu cür müalicənin miqrenə səbəb olan sinirlərin dartılıb rahatlanmasıyla reallaşdırıldığını ifadə edən T. Türkaslan miqren ağrılarının alın, gicgah və boyuna təsir etdiyini deyib: "Bu səbəbdən də həmin bölgələrdə mikrokameralarla reallaşdırdığımız endoskopik əməliyyatda miqreni yaradan sinirləri boşaldıb rahatladırıq. Sinirlərə təzyiq edən əzələlərə müdaxilə edirik. Alın və gicgah bölgəsi, göz qapağı, peysər, saçlı dəri içindən açdığımız kəsiklə əməliyyat həyata keçirilir”.

 

 

Türkiyəli həkim əməliyyatın 1-4 saat davam etdiyini açıqlayıb. Miqren hücumlar ayda 2-3 dəfə təkrar edirsə, hər dəfə ağrının müddəti 15 saatı keçirsə, əvvəlcə xəstəyə botoks testi tətbiq edilir: "Botoks testi bu ana qədər miqren xəstələrində ağrıları müvəqqəti olaraq dayandıran bir metod idi. Artıq botoks ilə əməliyyata uyğunluq vəziyyətini təyin edirik. Burada istifadə edilən botoks estetik deyil, diaqnoz məqsədi daşıyır. Miqren əməliyyatında kəlləyə və beyində hər hansı bir əməliyyat aparılmır. Yalnız saçlı dərinin altındakı müəyyən sinir və əzələ qrupuna müdaxilə edilir. Bu əməliyyatı plastik cərrah aparır. Çünki plastik cərrahlar üz mimika əzələlərinin anatomiyasına, endoskopik əməliyyat texnikalarına bələd olan və periferik sinir cərrahı olan həkimlərdir. Amerikada da bu əməliyyat plastik cərrahlar tərəfindən həyata keçirilir”.

 

Əməliyyatdan sonra xəstə həmin gün evə göndərilir. 4 həftəyə qədər miqren ağrıları birdəfəlik keçir. Xəstə əməliyyatdan 7 gün sonra işə gedə bilər. Əməliyyat ağrıları və keyləşmə 6 ay müddətində tamamilə keçir. Əməliyyat izləri saçlı dərinin içində və ya göz qapağı ətrafında  gizləndiyi üçün diqqət cəlb etmir: "Əməliyyatın hər hansı fəsadları yoxdur. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli məqam uyğun xəstənin seçilməsidir. Yaxşı, bu qədər təsirli bir üsul olmasına baxmayaraq, niyə çox sayda insan hələ də migren ağrısıyla yaşayır? Bu suala belə cavab veririk: Uğur nisbəti son dərəcə yüksək olan miqren əməliyyatı təəssüf ki, kifayət qədər məşhur deyil. İllər əvvəl migren müalicəsində müvəqqəti yaxşılaşma təmin edən botoks üsuluna qarşı da inam az idi. Ancaq daha sonra tibbdə miqrendə botoksun müvəqqəti bir müalicə üsulu olması qəbul edildi və botoks estetik məqsədlə istifadə edilməyə başlandı. Miqren əməliyyatında da buna bənzər bir prosesin içindəyik”.


loading...
Oxşar xəbərlər