Şaftalının Bilmədiyiniz Möcüzəvi Faydaları

loading...

Şaftalının Bilmədiyiniz Möcüzəvi Faydaları

 
Şaftalının Bilmədiyiniz Möcüzəvi Faydaları

Aile.fenomen.az saytı məlumat verir ki,

Şaftalı - ölkəmizdə ən çox sevilən və yeyilən yay meyvələrindəndir.Şaftalı dadlı olması ilə yanaşı bir sıra faydaları ilə də məşhurdur.

Şaftalı içərisində olan zəngin vitamin və minerallar sayəsində həm çox qidalandırıcı bir meyvə, həm də içərisində yağ olmaması və lifli quruluşu sayəsində pəhriz siyahılarında olması lazım olan bir meyvədir. İçərisində 10 fərqli vitamini bir yerdə saxlayan şaftalı xüsusilə C, E və K vitaminləri baxımından olduqca zəngindir. 

Ayrıca kalium, maqnezium, fosfor, mis, sink, manqan, kalsium və dəmir kimi mineralları bol miqdarda saxlayar. Antioksidan baxımından da zəngin bir meyvədir.

Bu dadlı meyvənin faydaları haqqında mütəxəssislər bir sıra araşdırmalar aparmaqdadırlar.Araşdırmalar əsnasında belə məlum olub ki, şaftalı meyvəsi həzm orqanlarının sekretor fəaliyyətini sürətləndirir ki, nəticədə də yeyilən hər hansı yağlı qidanın həzmetmə prosesi yüngülləşir.

Turşuluğu enmiş mədə yarası xəstəlikləri zamanı, entekrolitlər zamanı qidalandırıcı və möhkəmləndirici kimi bu meyvədən istifadə etmək tövsiyə olunur.
Ürək damar sistemi xəstəlikləri və tənəffüs sistemi xəstəlikləri zamanı da olduqca faydalıdır.

loading...
Oxşar xəbərlər