Alçanın təəccübləndirici faydalı xüsusiyyətləri
Yayın ən çox sevilən meyvələrindən biri də alçadır. Türkiyəli diyetoloq Nil Şahin alçanın faydalı xüsusiyyətlərindən danışıb.
Alça yeyərək hansı problemlərdən xilas ola biləcəyinizi öyrənmək üçün təqdim etdiyimiz məlumatlara mütləq nəzər yetirin.
- Yaşıl alça C, A vitaminləri, kalium, kalsium, maqnezium və dəmir mineralları ilə zəngindir.
- Aparılan araşdırmalar nəticəsində alçadakı antioksidantların digər meyvələrdəkindən ən az 10 dəfə daha güclü olduğu ortaya çıxıb.
- Alça liflə zəngin olduğu üçün qəbizliyin və mədə problemlərinin qarşısını alır.
- İmmunitet sistemini gücləndirir.
- Gündə 5 ədəd alça yemək diş ətlərinə faydalıdır.
- Arıqlamaq və əzələlərini gücləndirmək istəyənlər bol miqdarda yaşıl alça yeməlidir.
- Alça ağciyərlər üçün də faydalıdır. Araşdırmalar göstərib ki, yaşıl alça yeyənlərdə astma və ağciyər xərçənginə yaxalanmaq riski azalır.
- Alça tərkibindəki A vitamini sayəsində görmə qabiliyyətini yaxşılaşdırır. Bu baxımdan yaşlı insanlar üçün ən faydalı meyvələrdən biridir. (publika.az)