Xurmanın orqanizm üçün faydaları

loading...

Xurmanın orqanizm üçün faydaları

 

Ramazan ayının əvəzolunmaz təamı olan xurma orqanizm üçün faydalıdır.

Dietoloq Yeşim İşgüzarın fikrincə, quru xurma qəbizlik və mədə pozğunluğuna yaxşı təsir edir:

"Oruc tutarkən, uzun müddət aclıq səbəbilə pozulan bağırsaq fəaliyyətinin tənzimlənməsinə kömək edir. Tərkibində B1, B2 vitamini var, sinir sistemini qoruyur və beynin fəaliyyətinə müsbət təsir göstərir. İftar zamanı qəbul edilən xurma sakitləşdirici təsir bağışlayır. Tərkibindəki A vitamini gözün sağlamlığını qoruyur. Antioksidant tərkibi ilə immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir".

Y.İşgüzar deyir ki, gözəlliyinin qayğısına qalan xanımlar da xurma yeyə bilərlər:

"Cildinizin gözəlliyini və sağlamlığınızı qorumaq üçün xurma yemək məsləhətdir. Yüksək miqdarda kaliumla zəngin olan xurma, bədənin bu ehtiyacını nizamlayır və qan təzyiqinin normal qalmasına kömək olur. Yüksək təzyiqi olanların gündəlik qəbul etməsi məsləhət görülür. Xolesterinin səviyyəsini aşağı salır və ürəyi sağlam saxlayır".

Öyrənirik ki, xurma eyni zamanda qlükoza ilə zəngindir. Amma bundan çox qəbul etmək, qan şəkərinin yüksəlməsinə gətirib çıxarır ki, şəkər xəstələri bu riskə getməməlidir.

Dietoloqun fikrincə, özündə 20 kalorini birləşdirən quru xurmanın artıq qəbulu eyni zamanda, kökəlməyə meyilli olanlar üçün də risklidir. Bu səbəbdən, iftarda 2-3 xurma qəbulu bədənin sağlamlığı üçün yetərlidir.


 

loading...
Oxşar xəbərlər