Döşün sağlamlığı və gözəlliyi BUNLARDAN asılıdır
Qadın döşü çox həssas orqandır, onun sağlamlığına ilk baxışdan hətta cox cüzi faktorlar da ciddi təsir edir. Bu faktorların arasında: - Xroniki stress, depressiya, ümidsizlik, qəzəb və s. xoşagəlməz hisslər qadının hormonal fonunun tarazlığını pozur. Süd vəzilərin sağlamlığı ilk növbədə qadının hormonal statusundan asılıdır. Bu statusda baş verən dəyişikliklər döşün sağlamlığına çox mənfi təsir edir. Bir çox mastopatiyadan və s. süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlar etiraf edə bilərlər ki, xəstəlik məhz güclü stress, depressiya və s. fonunda inkaşaf edib. - Mammoloqlar qadınlara sıx büsthalterləri taxmamağı tövsiyə edir. Sıx, dar büsthalterlər döşdə qan dövranını pozur ki, bu da durğunluq proseslərin inkişafına səbəb olur. Durğunluq prosesləri isə iltihab üçün çox əlverişli şərait yaradır. - Qadın cinsiyyət sistemi xəstəlikləri və infeksiyaları da döşün sağlamlığına mənfi təsir edir. - Gün şüalarının artıqlığı. Süd vəziləri ültarbənövşəyi şüalanmaya qarşı çox həssasdır. "Zaqar"dan süi-istifadə edən qadınlarda süd vəzi xəstəliklərinin inkişafı riski artır. Hər hansı süd vəzi xəstəliyi "zaqar" üçün əks-göstərişdir. - Travmalar (döşlərin əzilməsi, sıxılması, yıxılma və s.). Hətta ən cüzi travma gələcəkdə çox ciddi süd vəzi xəstəliklərinə səbəb ola bilər. - Kəskin arıqlama və artıq çəki. Stabil bədən çəkisi süd vəzilərin sağlamlığı üçün ən vacib faktorlardan biridir. Həm kəskin arıqlama, həm kökəlmə döşlərin sağlamlığı üçün çox ziyanlıdır.