loading...
loading...

Doğuş dərmanlarının 20 yaşa çatmadan istifadəsi xərçəng riskini artırır

loading...

Doğuş həblərinin qısa müddətli istifadəsi hər hansı risk yaratmır. Lakin mütəxəssislər bildirir ki, doğuş həblərinin 10 ildən daha uzun müddət və xüsusilə 20 yaşa çatmadan istifadəsi döş xərçəngi riskini artırır.

Doğuş həblərinin qısa müddətli istifadəsi hər hansı risk yaratmır. Lakin mütəxəssislər bildirir ki, doğuş həblərinin 10 ildən daha uzun müddət və xüsusilə 20 yaşa çatmadan istifadəsi döş xərçəngi riskini artırır.

 

Döş xərçəngi baxımından ən böyük risk faktoru BRCA1 və 2 gendəki struktur pozulmalarıdır. BRCA1 və 2 gen mutasiyası olan qadınlarda döş xərçəngi riski digər qadınlara nisbətən beş qat çoxdur. Məşhur Hollivud aktrisası Anjelina Colidə BRCA1 gen mutasiyası və döş xərçəngi riskinin yüksək olduğu müəyyənləşdikdən sonra o, yumurtalığını və hər iki döşünü qoruyucu məqsədlə əməliyyat etdirib. Bu hadisə dünyada genetik olaraq xərçəng riski yüksək olan xəstələrdə "qoruyucu məqsədli bilateral mastektomiya” əməliyyatını məşhur edib. Əlbəttə, döş dərisinin və bəzən döş başının qorunması məqsədi ilə bütün döş toxumasının boşaldılması və silikon yerləşdirilməsi xərçəng riski yüksək olan xəstələrdə ciddi qoruma təmin edir. Döşün təbii quruluşunun itirilməsi bahasına olsa belə, bu, ən yaxşı variantdır.

 

Türkiyəli onkoloq Tayfun Hancılar bildirir ki, döş xərçənginin yalnız 10 faizi ailədən gələn genetik səbəblərə bağlıdır. Ana tərəfdən kimdəsə gənc yaşda döş xərçəngi olması, risk baxımından əhəmiyyət daşıyar. Aile.lent.az doğuş həblərinin xərçəng yaratma ehtimalı haqqında mütəxəssisin fikirlərini təqdim edir.

 

Həkimin sözlərinə görə, hormonal dərmanların beş il və daha uzun müddət istifadəsi menopauza sonrası dövrdə qadınlarda döş və uşaqlıq xərçəngi riskini artırır: "10 ildən daha çox müddət hormon möhkəmlətmə müalicəsi tətbiq olunan insanlarda döş xərçəngi riskinin artması ilə bağlı bir çox tədqiqatlar aparılıb. 10 ildən daha uzun müddət və xüsusilə 20 yaşdan əvvəl doğuş həbləri istifadə edən qadınlarda döş xərçəngi riski artır. Əsas diqqət edilməsi lazım olan məqam - doğuş həbi ilə birlikdə siqaret çəkmək də xərçəng və ürək xəstəlikləri riskini artırır”.

 

Qidalanma vacibdir

 

Bütün xərçəng növlərinə yağ nisbəti yüksək qidalar mənfi təsir edir. Məsələn, gənc yaşlarda yüksək lif tərkibli qidalarla qidalanan qadınlarda irəlidəki illərdə döş xərçəngi nisbəti 20 faiz az müşahidə edilir. Onkoloq bildirir ki, menopauza sonrası bədənində yağ nisbəti yüksək olan insanlarda estrogen hormonu istehsalı daha da azaldığı üçün döş xərçəngi riski çoxalır: "Ancaq son dövrdə qidalanma mövzusu lazımsız şəkildə şişirdilib və "sarımsaq yesəniz, xərçəng olmazsınız", - səviyyəsinə gəlib. Doğuşdan etibarən sağlam qidalanma xərçəng riskini azaldırmı? Bəli, azaldır! Ancaq müalicəyə kömək ola biləcək dəstək qidalar standart xərçəng müalicələrinə alternativ olaraq təklif edildiyi halda, əskinə, fayda əvəzinə zərər verir”.

 

Cinsəlliyə necə təsir edir?

 

Döş xərçəngi səbəbindən cərrahi müdaxilə və ya kimyaterapiya kursu keçən qadınlarda cinsi istək azalmır. Lakin döş dərisi həssas ola və ya müalicə edilən döşdə bir müddət ağrı hiss edilə bilər: "Bəzən kimyaterapiya hormon səviyyəsinə təsir etdiyi üçün cinsəllikdə zəiflik də müşahidə edilir. Bu səbəbdən də cütlüklər arasındakı ünsiyyət bu problemlərin öhdəsindən gəlməyi təmin edər. Unutmayın ki, kimyaterapiya şişi öldürür, eşqi deyil”.

 

 

Döş xərçəngli xəstələr saç boyaya bilərmi?

 

Saç boyalarındakı kimyəvi maddələrin xərçəng riskini artırdığı deyilsə də, hələlik bu barədə heç bir fakt yoxdur. Saç boyalarının tərkibində olan aromatik amin və fenol maddələri saç dərisində olan N nitrozaminlərə çevrilərək kanserogen təsir göstərə bilərlər. Aparılan araşdırmalar ildə 12-dən çox və tünd rəng saç boyayan qadınlarda xərçəng riskinin daha çox ola biləcəyini göstərib”.

 

 

Mammoqrafiya nə vaxt etdirmək olar?

 

Bu mövzuda çox fərqli yanaşmalar mövcuddur. Amerika Xərçəng Dərnəyi 45-54 yaş arasında hər il, 55 yaşdan yuxarı qadınlarda isə iki ildə bir mammoqrafiya etdirmək məsləhət görülür. Əlbəttə ki, döş xərçəngi riski yüksək olan xəstələrdə mammoqrafiya daha erkən dövrdə və bəzən MR-lə birlikdə etdirilə bilər: "Döş xərçəngində kimyaterapiya yan təsirləri aşağı olan bir müalicədir. Xəstələr, xüsusilə, müalicə sonuna doğru yüngül bir halsızlıq hiss edə bilərlər. Kimyaterapiya əsnasında döşdə ağırlıq hissi, gərginlik, dəridə yüngül qızartı və qaşınma ola bilər. Ümumiyyətlə, sadə, xaricdən krem ​​tətbiq etmək yaxşı nəticə verir. Şəkər qəbulu mövzusunda şübhələr olsa da, kimyaterapiya əsnasında qəti olaraq qadağan edilən bir qida yoxdur. Pambıq, sərt olmayan büstqalter geyinilməlidir. Kimyaterapiya əsnasında həkimlə məsləhətləşmədən müalicə bölgəsinə losyon, krem ​​və s. sürtülməməlidir”.

 

 

Dezodorantlarda olan alüminium əsaslı maddələrin və parabenin risk meydana gətirdiyi deyilir. Lakin bu fakt araşdırmalarda sübut edilməyib. Amerika Xərçəng İnstitutu və ABŞ Qida və Dərman İdarəsi dezodorant istifadəsinin döş xərçəngi riskini artırmasıyla əlaqədar elmi məlumata rast gəlmədiyini açıqlayıb. Buna baxmayaraq, yaşı 16-dan az olan uşaqlarda dezodorant istifadəsi mövzusunda diqqətli olmağı tövsiyə edirlər. 


loading...
Oxşar xəbərlər