Yay orqanizmin təmizlənməsi üçün ən yaxşı vaxtdır - Ən effektli üsullar
Yay orqanizmin ziyanlı maddələrdən təmizlənməsi və sağlamlığın bərpası üçün ən yaxşı vaxtdır. Sizə orqanizmi təmizləmək üçün ən effektli və sınanmış üsulları təqdim edirik. Meyvə və tərəvəzlər və onların şirələri Həftədə 2 dəfə yalnız meyvə və tərəvəzləri yeyin (məhdudiyyət yoxdur) və onların şirələrini için. Tərəvəzləri salatlar, bişmiş, pürtlənmiş şəkildə yeyin (yağsız). Gün ərzində 2-3 stəkan təzə meyvə və tərəvəz şirələri qəbul edin. Ən faydalı şirələr arasında - kök və çuğundur şirələrinin qarışığı (1:1), alma, xiyar, albalı, qavalı, ərik və s. şirələr. Qarpız Həftədə 1 dəfə qarpız pəhrizi tətbiq edin. Gün ərzində yalnız təxminən 3 kq qarpız əti yeyin. Su və otlardan hazırlanmış çayları (itburnu, çobanyastığı, kəklikotu, reyhan, nanə və s.) içə bilərsiniz. Kefir və alma Həftədə 1 dəfə alma-kefir pəhrizi tətbiq edin. Gün ərzində 2 l təbii kefir və 2 kq alma yeyin. Su və ot çayları içmək olar. Bu üsulların tətbiqindən bir müddət sonra siz yüngüllük, gümrahlıq, əhval-ruhiyyənin yaxşılaşmasını hiss edəcəksiniz, dəriniz təmizlənəcək, artıq çəkiniz isə azalacaq.
Nəzərə almaq lazımdır ki, bu üsullardan yalnız sağlam insanlar istifadə edə bilər. Sizdə hər hansı ciddi xroniki xəstəlik varsa (xüsusilə mədə-bağırsaq, böyrək və s. ), mütləq həkimlə məsləhətləşin.