Ayaqyalın gəzmək dəbi - Sağlamlıq üçün çox faydalı

loading...

Ayaqyalın gəzmək dəbi - Sağlamlıq üçün çox faydalı

Hal hazırda bütün dünyada ayaqyalın gəzmək dəbə minib. Ayaqyalın gəzmək dəbi ilk dəfə ABŞ-da meydana çıxıb.

ABŞ-da belə insanları "barefuter" (ayaqyalın) adlandırırlar. Onlar mümkün qədər ayaqqabısız keçinməyi çalışır və bunu sağlamlıq üçün çox faydalı hesab edirlər.

Barefuting həmçinin İngiltərə, Almaniya, Belçika, Hollandiya və bir çox digər Avropa ölkələrində çox populyardır. Xaricdə barefutertlər üçün hətta xüsusi parklar salınır. Bu parklarda müxtəlif örtükləri olan yollar (xırda daşlar, yumşaq torpaq, taxta) var. Barefutingin tərafdarları sübut edir ki, ayaqyalın gəzməyə başladıqdan sonra onların sağlamlığı xeyli yaxşılaşıb.

Xalq və həmçinin ənənəvi tibb də ayaqyalın gəzməyi dəstəkləyir. Pəncəmizin üzərində çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə əsas orqan və sistemlərlə əlaqəlidir. Ayaqyalın gəzdikdə biz bu nöqtələri massaj edirik ki, bu da orqanların möhkəmlənməsinə, onların fəaliyyətinin yaxşılaşmasına kömək edir.  

Araşdırmalar göstərib ki, ayaqyalın gəzməyin sağlamlıq üçün bu kimi faydaları var:

- immun sistemi möhkəmləndirir, orqanizmə ümumimöhkəmləndirici təsir edir

- sinir sisteminə müsbət təsir edir, stress və nevroz zamanı çox faydalıdır

- pəncənin bağlarını, sümüklərini və əzələlərini möhkəmləndirir

- yastıpəncəliyin çox yaxşı profilaktikasıdır. Kiçik yaşlı uşaqlarda bu üsulla yastıpəncəliyi müalicə etmək mümkündür. Yastıpəncəlikdən əziyyət çəkən böyüklər üçün də bu çox faydalıdır - ağrıları və pəncəyə düşən gərginliyi azaldır.

- ayaqlarda qan dövranını yaxşılaşdırır

- ayaqlarda göbələk xəstəliklərinin qarşısnı alır

- ürək-damar sistemi üçün faydalıdır

- beyinin fəaliyyətini yaxşılaşdırır. Tarixi məlumatlara əsasən, dahi filosoflar Sokrat və Seneka daim ayaqyalın gəzirdi və öz şagirdlərinə bunu təfəkkürün daha yaxşı inkişafı üçün tövsiyə edirdilər.

Torpağın, suyun, çınqıl daşların, otun üzərində gəzmək xüsusilə faydalı sayılır. Nəzərə almaq lazımdır ki, buna tədriclə və yalnız isti havada başlamaq lazımdır.

Bəzi xəstəliklər zamanı (şəkərli diabet, böyrək xəstəlikləri, podaqra və s.) ayaqyalın gəzmək tövsiyə edilmir.

(saglamolun.az)

loading...
Oxşar xəbərlər