Qan qrupuna görə XARAKTERİSTİKA
Dünyada heç bir insanın barmaq izi uyğun gəlmədiyi kimi, xarakterlər də fərqlidir. İnsanın xasiyyəti ilk növbədə genetik faktor, daha sonra ailə tərbiyəsi, sosial mühit, cəmiyyət, ictimaiyyətlə bağlı olaraq formalaşa bilər. Son illərin elmi araşdırması isə qan qruplarına görə insan xarakterlərini müəyyən edir. Qan qruplarına görə insan xarakterləri haqqında maraqlı məqamları təqdim edirik. 0 qan qrupu Bu qan qrupunu daşıyan hər kəs gücü, dözümlülüyü, özünə inamı, cəsarəti, hissi və optimizmi genetik yaddaşlarında daşıyarlar. Sağlam bir struktur və optimizmlə dəstəklənilmiş liderlik xüsusiyyətləri (güc, təsir, etibarlılıq) və müvəffəqiyyət üçün lazımlı motivlər 0 qrupunun mirasıdır. A qrupu Toplu insan birlikləri, gərginliklər arasında baş çıxara bilmək üzrə qoçaqdırlar. Psixoloji xüsusiyyətlərinin bəziləri kütləyə dözümlülüklərini inkişaf etdirib. Böyük bir ehtimalla bunun sayəsində qazandığı ən əhəmiyyətli xüsusiyyəti paylaşa bilmək qabiliyyətidir. Çətinliklərini içlərinə atarlar. Lakin partladıqda diqqətli olmaq lazımdır. B qrupu İrqlərin qarışması, yeni torpaqlar və xarici iqlimlərlə qarşı-qarşıya qalan ilk B qruplarının həyatlarını davam etdirə bilmək üçün uyğunlaşma və yaradıcı olmaları lazım idi. B qrupları məskun saldıqları yerdə nizamlı və uyğun bir rahatlığa ehtiyac duyurlar. A qruplarının zehni və romantik olmaları, B qruplarının isə təcavüzkar və iti fiziki reaksiyaları onları xarakterizə edən əlamətlərdir. B qrupları insanlarla daha asan əlaqəyə girə bilirlər. Çünki özlərini rəqabət və müharibələrə qarşı daha az meylli hiss edirlər. Onlar həyata digərlərinin dünyagörüşündən da baxa bilərlər. Empati qabiliyyətləri var. AB qrupu Bu qrup əsəbi və həssas A-larla balanslı B-lərin birləşməsindən meydana gəlib. Onlar detallara varıb özlərini yormazlar. AB qrupu qan qrupları arasında ən cazibədar və ən maraqlı olanıdır. Amma onların təbii xarizmasının arxasında həmişə qırıq qəlb durur. ( aile.lent.az)