Xərçəngdən, ürək xəstəliklərindən qorunmaq üçün yeyin - SİYAHI

loading...

Xərçəngdən, ürək xəstəliklərindən qorunmaq üçün yeyin - SİYAHI

Meyvə-tərəvəzləri qabıqları ilə yemək çox faydalıdır. Bəs meyvə-tərəvəzlərin qabığı nəyə faydalıdır? Bununla bağlı məlumatı təqdim edirik.

 

İlk növbədə onu bildirək ki, antioksidantlarla zəngin olan portağal, alma, limon, naringi, xiyar, kök və qreypfrutu qabıqlarıyla birlikdə yemək sağlamlığa çox faydalıdır. Meyvə və tərəvəzin qabıqları sayəsində bol miqdarda vitamin və mineral alırıq. Bu qabıqlar mədə narahatlıqlarına yaxşı təsir edir, həzm sistemini nizamlayır, soyuqdəyməyə və baş ağrılarına yaxşı təsir edir, sinirləri sakitləşdirir. Bununla yanaşı, erkən yaşlanmanı gecikdirir, bağırsaqları işlədir, qan şəkərini nizamlayır, bir çox xərçəng və ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var.  

 

Meyvə qabıqları çiy və ya qaynadılaraq yeyilə bilər. Məsələn, meyvə qabıqlarından kompot, cem və ya çay hazırlamaq olar. Meyvələri qabıqlarıyla birlikdə yeməzdən əvvəl mütləq sirkəli suyla yaxşıca yuyun.

 

Portağal qabığı

 

Bol miqdarda C vitamini ehtiva edən portağal qabığı, LDL (pis xolesterolu) aşağı salır, qan dövranını sürətləndirir, ürək xəstəliklərinə qarşı qoruyucu təsiri var, bağırsaqları işlədir və dəri xərçənginə qarşı qoruyur. Portağal qabıqlarını qaynadaraq portağal çayı da hazırlaya bilərsiniz.

 

Alma qabığı

 

Ehtiva etdiyi həll edilə bilən lif baxımından zəngin pektindən maksimum səviyyədə faydalanmaq üçün alma mütləq qabığıyla birlikdə yeyilməlidir. Xərçəngə qarşı qoruyucu təsiri var, bağırsaqları işlədir, xolesterolu nizamlayır və xüsusilə diabet xəstələri üçün möcüzəvi bir meyvədir. Çünki qan şəkərini nizamlayır. Hər gün 1 ədəd qabıqlı alma yemək məsləhətdir.

 

Limon qabığı

 

C vitamini və flavonoidlərlə zəngin olan limon qabığının sağlamlığa dərman kimi faydaları var. Sinirləri yatırır, dərini gəncləşdirir, dəri xərçənginə qarşı qoruyur və immunitet sistemini gücləndirir. Limon qabığını salatlarınıza əlavə edə və ya çayla birlikdə yeyə bilərsiniz. Xüsusilə, ev istehsalı limonadlarınıza əlavə edə bilərsiniz.

 

Naringi qabığı

 

Möhtəşəm C vitamini və beta-karoten mənbəyi olan naringini qabıqlı yeyin. Həzm sistemini nizamlayır, bir çox xərçəng xəstəliklərinə qarışı qoruyur, LDL (pis xolesterolu) aşağı salır və soyuqdəyməni yavaşladır.

 

Xiyar qabığı

 

Kalorisi çox aşağı olan xiyarın qabığı xolesterolu aşağı salır, baş ağrısına yaxşı təsir edir. Xiyarı qabığıyla birlikdə yemək gərginliyi azaldır, tox tutur və maddələr mübadiləsini sürətləndirir. Hər gün səhər naharda və ara paylarda bu aşağı kalorili super qidanı mütləq yeyin.

 

Kök qabığı

 

Super bir beta-karoten qaynağıdır. Bir çox xərçəng xəstəliklərinə qarşı (mədə, prostat, döş, ağciyər kimi) qoruyur, erkən yaşlanmanı gecikdirir, katarakt meydana gəlməsinə mane olur, bağırsaqları işlədir və xolesterolu aşağı salır. Ara paylarda və ya salatlarınıza əlavə edərək yeyə bilərsiniz. Kökün qlisemik indeksi (şəkər nisbəti) yüksək olduğu üçün yeyən zaman miqdarına diqqət etməlisiniz.

 

Qreypfrut qabığı

 

Qreypfrut qabığıda olan bol pektindən faydalanmaq üçün qabığı ilə birlikdə yemək sağlamlığa çox faydalıdır. Qreypfrutun qabığı iflic və infarktın qarşısını almağa kömək olur. Tərkibindəki C vitamini ilə soyuqdəyməyə yaxşı təsir edir və xolesterolu aşağı salır. Qreypfrut yeyərkən bıçaq istifadə etmədən meyvəni bütöv yeyin. (lent.az)


loading...
Oxşar xəbərlər