DIRNAQ GÖBƏLƏYİ əleyhinə XALQ TƏBABƏTİ üsulları
Aile.fenomen.az saytı sizi faydalı məsləhətləri ilə bilgiləndirməyə davam edir.
Dırnaq göbələyi – milliyonlarla insanların əziyyətini çəkdiyi bəladır.
Düzgün müalicə üçün həkim – mikoloq məsləhəti vacibdir, lakin müalicədə xalq təbabəti üsuluna da müraciət etmək olar.
SİRKƏ - ən optimal müalicə üsulu sirkədir.
14 gün ərzində xəstə dırnaqlarınız üçün xüsusi vannacıqlar edə bilərsiniz.9 % - li sirkəni 8- in 1- ə nisbətində su ilə qarışdırmaq lazımdır.Məsələn, 1 çay qaşığı sirkə töküldüyü zaman onun üzərinə 8 çay qaşığı su əlavə edib qarışdırırıq.
YOD - effektiv üsullardan biri də yod ilə müalicədir.Yod ilə müalicənin müddəti 20 gün davam edir, lakin çox yaxşı nəticə verir.
Göbələkli dırnağın üzərinə gündə bir dəfə bir damcı yod damızdırın.Əgər gündəlik olaraq bu prosesi davam etdikdə dırnağınızda yanma hiss edirsinizsə, müalicəni artıq günaşırı edin, çünki artıq yanmanı hiss etməniz sağalma prosesinin getməsinin göstəricisidir.
BASUROTU - təsirli müalicələrdən biri də basurotunun şirəsidir.Basurotunun şirəsi tez və yüngül şəkildə göbələk probleminizi həll etməyə kömək edəcək.Müalicəni etmək üçün ayaqlarınızı əvvəlcədən soda ilə qarışdırılmış suda yuyun, sonra isə basurotunun şirəsini problemli nöqtələrə çəkin.
KALANXOE BİTKİSİ – yeni dırnağın çıxması üçün ən yaxşı yoldur.Bunun üçün bitkini yapışqanın köməyilə zədələnmiş nahiyəyə yapışdırmaq lazımdır.
Bu müalicəni etdikdən sonrabzədələnmiş yerlər sağalacaq və üzlükdə yeni dırnaq çıxacaq.Bilmək lazımdır ki, dırnaq göbələyi xəstəliyinin müalicəsini yarımçıq saxlamaq olmaz, əks təqdirdə o tezliklə geri qayıda bilər.Ətrafdakıları yoluxdurmamaq üçün isə adi gigiyenik qaydalara riayət etmək kifayətdir.