Səsssizliyin insanın sağlamlığı üçün çox müsbət təsirləri

loading...

Səsssizliyin insanın sağlamlığı üçün çox müsbət təsirləri

Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir.

Xüsusilə bu şəhər sakinlərinə aiddir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur - ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.

Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.

Əksinə isə səsssizlik insanın sağlamlığına çox müsbət təsir edir - təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.

Alimlər insanlara sakit yerlərdə (meşə, dağlar, dəniz kənarı və s.) tez-tez olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı tövsiyə edirlər.


loading...
Oxşar xəbərlər