Kişilərlə danışmağın yolları
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, Bu yazını oxuyun. Kişilərlə söhbət edərkən dəqiq ol Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən. Tanış olmaq mərhələsi Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq. Bir kişi ilə söhbəti necə irəli aparmaq olar? Yeni tanış olduğunuz biri ilə söhbəti irəli aparmaq çox vaxt çətin ola bilər. Bu mərhələdə edə biləcəyiniz ən yaxşı iş ortaq nöqtələrə diqqət etməkdir. Maraq sahələrini, musiqi zövqünü, oxuduğu kitabları, gəzdiyi yerlər barədə söhbət edə bilərsiniz. Kişiləri sual yağışına tutma Bütün bunları edərkən ilk dəfə tanış olduğun birini sual yağışına tutmanın doğru olmadığını bilməlisən. Burada ən əhəmiyyətli məqam dinləməkdir. Sual verib dinləyib, sakit söhbətə daxil ola bilərsən. Əks təqdirdə qarşındakını sorğuya çəkirmiş kimi görünə bilərsən. Əsgərlik xatirələrini dinləmək Mövzu mövzunu açır, dinlədikcə söhbət dərinləşir və növbə gəlir əsgərlik xatirələrinə. Bu zaman "Masadan qalxıb "işim çoxdur, getməliyəm” deməyin çox səhv addım olar. Sən yeganə olaraq səbrlə onun ilk xatirsəni dinləməlisən. İkinci xatirəni dinləmək istəmirsənsə sırf ondan xoşun gəlir deyə yalandan təbəssümlə söhbətə qoşulma. Çünki diqqətinin dağıldığını ona hiss etdirə bilərsən. Əvəzində, əsgərlik xatirələrini danışan zaman tualetə getmək istədiyini söyləyib masadan qalxa bilərsən. Bu sırada tualetdə bir az vaxt keçirsəniz yaxşı olar. Onun üçün də düşünmə fürsəti yaranar. Yox, hələ anlamayıbsa və məzəli əsgərlik xatirələrini danışmağa davam edirsə, sıxıldığını müəyyən etmənin başqa yollarını axtarmaq məsləhətdir. Mən sadəcə dost kimi... Dostluq münasibətinizdən məmnunsan, lakin onun səndən romantik mənada gözləntiləri var. Yüksək ehtimalla dostunu itirmək istəmirsən. Təəssüf ki, bu mümkün deyil. Bir tərəf münasibəti başqa bir istiqamətə yönləndirmək istəyirsə, o artıq məasum dostluqdan çox irəli münasibətə doğru irəliləyir. Bu halda sənin üçün ən yaxşı yol vəziyyəti ona açıqca ifadə etməkdir. Beləcə, həqiqətən dəyər verdiyin bir insanı gözləntilərlə dolu naməlum bir istiqamətə sürükləmiş olmazsan. Kişilərə israr etməyin Bu vəziyyət münasibətləri korlayan əsas səbəblərdən biridir. Bir tərəfin çox israrçı olması, digər tərəfdə altından çıxa bilmədiyi təzyiq meydana gətirir. Davamlı maraq mərkəzi olmaq boğucu və qorxuducu gələ bilər. İlk söhbətləri etdikdən sonra geri çəkilmək lazımdır. Zamana buraxmaq və sirr oyandırmaq ən gözəl yollardan biridir. Yəni davamlı axtarıb-aramayın. Telefonlara cavab vermir Bu nöqtədə deyilə biləcək bir məsləhət var: daha çox israr etməyin. Çox əhəmiyyətli hadisə baş verməyibsə, adətən insanların çoxu telefonlarını yanında daşıyır. Axtarışlarına cavab vermirsə, günlərlə ondan xəbər almırsansa, burax getsin. Olmayanda olmur. Dost kimi razılaşdıq. Bəs sonra nə olacaq? Dost kimi yaxşı anlaşdınız və bundan sonra aranızda nələr olacağını düşünürsənsə, bir müddət gözləmək lazımdır. İstəsən ilk addımı sən ata bilərsən. Bir axşam qəhvə içməyə dəvət edərək daha çox vaxt keçirə bilərsiniz. Bəzən tanış olduğumuz biri ilə birlikdə olmağı o qədər çox istəyirik ki, hətta heç vaxt düşünmədiklərimizi edirik. Bu heç də hər zaman pis hal deyil. Əgər o, sizi daha yaxşıya yönəldir, daha gözəl şeylər üçün üçün motivasiya edirsə, möcüzədir. Amma unutmayın ki, bir kişi üçün əsla dəyişdirmək məcburiyyətində olmadığınız şeylər də var: